Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli

MTRŞ sədri: "Efirdən ləhcə ilə danışmaq olmaz"

77
(Yenilənib 11:41 08.10.2017)
Nuşirəvan Məhərrəmli: "Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xarici sözlərdən istifadə edirlər"

BAKI, 6 oktyabr — Sputnik. "Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Efirdən ləhcə ilə danışmaq olmaz. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur".

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda keçirilən konfransda, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli belə deyib.

"Telekanallar bu məsələyə diqqət etməlidir, nöqsanları aradan qaldırmalıdır" deyən Məhərrəmli bildirib ki, xarici dillərdən Azərbaycan dilinə xeyli sözlər keçib: "Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xarici sözlərdən istifadə edirlər. Bu, düzgün deyil və əks effekt verir".

"Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunu düzgün işlətməməsi ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz düzgün anlaşılmır. Mətnlərin oxunması ilə bağlı da problemlər mövcuddur. Bəzən mətnlər sürətlə oxunur" — MTRŞ sədri vurğulayıb.

77
Teqlər:
ləhcə, ədəbi dil normaları, Nuşirəvan Məhərrəmli, efir, MTRŞ
Əlaqədar
Teleseriallara qarşı hiddət: "Camaata kriminalı təbliğ edirlər"
Azərbaycanda telekanal rəhbərinin oğlu çayda boğuldu
MTRŞ rəsmisi: “Özəl kanallar yayımçılıqda xarici telekanallara uduzmamalıdır”
İlham Əliyevin hansı cəhəti rus teleaparıcının diqqətini çəkib?

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

68
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

68
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22