Dərs prosesi

Məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

579
(Yenilənib 14:09 06.10.2017)
"Təhsil nazirinin göstərişinə əsasən, məktəblərdə pul yığmaq qadağandır"

BAKI, 5 oktyabr — Sputnik. Bakıda orta məktəblərdə 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlər üçün pul yığılmasının qarşısını almaq məqsədi ilə xəbərdarlıq elanları asılıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, valideynlər üçün nəzərdə tutulan elan mətnində deyilir: "Təhsil nazirinin göstərişinə əsasən, məktəblərdə (müəllimlər günü ilə əlaqədar) pul yığmaq qadağandır. Bu hallar aşkar olunduqda 146 qaynar xəttinə şikayət edə bilərsiniz".

"Report"un əməkdaşının sosial şəbəkələrdə apardığı müşahidələr zamanı Beynəlxalq Müəllimlər Günü ilə bağlı məktəb müəllimləri və bağçaların tərbiyəçi müəllimləri üçün könüllü və məcburi şəkildə pul yığıldığı məlum olub. Əvvəlki illərdən fərqli olaraq, əksər valideynlər müəllimlər üçün pulları könüllü yığdığını, onlardan hər hansı məbləğin tələb olunmadığını vurğulayıblar.

Bakıda 59 saylı orta məktəbdə ibtidai siniflər üçün 30, yuxarı siniflər üçün isə 50 manat pul yığılacağı bildirilib. Pullar keçən olduğu kimi aşağı siniflər üçün oktyabrın 5-də, yuxarı siniflər üçün oktyabrın 6-da yığılacaq.

Bakı şəhəri, Səbail rayonundakı 236 saylı məktəbdə ibtidai sinif müəllimləri üçün, Ağcəbədi rayon 12 saylı məktəbdə 10 manat, Masazırda yerləşən 4 saylı məktəbdə 20 manat, Xırdalanda 3 saylı məktəbdə (məbləğ məlum deyil), Bakı şəhərindəki 201 saylı məktəbdə 30 manat, 151 saylı məktəbdə 50 manat, Gəncə şəhər 2, 4 və 32 saylı məktəblərdə, Nəsimi rayonu 151 saylı məktəb, Binəqədi rayon Xocahəsən qəsəbəsindəki 103 saylı məktəbdə, Binəqədi sayonunda yerləşən 3 saylı məktəbdə, Sumqayıt şəhər 33 saylı, Xırdalan şəhər 10 saylı məktəbdə, Xətai 204, 261, 63, Bakı şəhərindəki 145, 213, 316, 32, 193, 257, 258, 254, 151, 45, 25, 148 saylı məktəblərdə müəllimlər üçün pul yığılıb.

Sumqayıt şəhər 62 saylı uşaq bağçasında valideynlər öz təşəbbüsü ilə tərbiyəçi-müəllim üçün 20 manat pul yığdıqlarını, hədiyyə alanların isə 10 manat pul verdiklərini bildiriblər.

579
Teqlər:
dərs, məktəb, pul, müəllim, elan
Mövzu:
Beynəlxalq Müəllimlər Günü (7)
Əlaqədar
"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"
İsrafilov: “Cəmiyyətdə müəllim nüfuzunun zəifləməsi müşahidə olunur”
Orta məktəblərdə 146 min müəllim çalışır
"Böhran dövründə müəllimliyə maraq artıb"
Müəllimlər günü: peşə bayramının aktual mövzuları
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Nyu-Yorkda divarda təsvir, arxiv şəkli

Koronavirusun daha bir ştammı aşkarlandı

10
(Yenilənib 23:39 20.01.2021)
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər

BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.

Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.

Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.

"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.

Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.

ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.

10
Teqlər:
mutasiya, ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası