Azərbaycanlı oliqarx Telman İsmayılov, arxiv şəkli

Telman İsmayılov haqda şok faktlar üzə çıxdı

217
(Yenilənib 10:21 05.10.2017)
Qalmaqallı oliqarxın oğlu Sərxan vətəndaş nikahında yaşadığı arvadını iki uşaqla küçəyə atıb

BAKI, 4 oktyabr — Sputnik. Son günlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və ailə üzvləri ətrafında bir-birinin ardınca qalmaqalı məlumatlar yayılır. Xəbər verildiyi kimi Rusiya İstintaq Komitəsi T.İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Onun adı "Koptevsk" və "Lobanovsk" kriminal qruplaşmalarının liderlərinin sifarişli qətllərində, digər ağır cinayət əməllərində keçir. Rusiya mətbuatı hətta T.İsmayılovun oğlanlarının da adlarının bu cinayət işində keçdiyini bildirir.

Qalmaqallı oliqarxın oğlu Sərxan vətəndaş nikahında yaşadığı arvadını iki uşaqla küçəyə atıb.

Sputnik Azərbaycan virtualaz.org-a istinadən xəbər verir ki, Yekatrina Romanova adlı bu gənc qadın hazırda T.İsmayılovun oğlu Sərxandan olan iki uşağı ilə Moskva ətrafındakı monastırlardan birində məskunlaşıb. 360tv.ru kanalı həmin qadınla bağlı yeni reportaj yayıb. Yekatrina azərbaycanlı "Çerkizon kralı"nın oğlu ilə saraylardakı qayğısız həyatından və Sərxanın onları atıb getməsindən sonra baş verənlərdən danışıb. 

"Sifətini örtən yaylıqlı, başını monastır yeməkxanasında sup boşqabına tərəf əymiş bu qız qalanlardan seçilir. Cəmi dörd il əvvəl o, dəbdəbə içərisində üzürdü, elit qəsəbədə möhtəşəm villada yaşayırdı, ən bahalı kurortlarda dincəlirdi, rəfiqələrinə brilyant üzüklər bağışlayırdı. Onun mülki nikahda yaşadığı əri "Çerkizon kralı"nın oğlu Sərxan İsmayılov idi"-reportajda deyilir.

İndi isə qız vaxtilə yaşadıqları malikanəni, hazırda üzərinə "Satılır" elanı vurulmuş beşmərtəbəli mülkü almaq istəyir. Çünki mülk birgə yaşadıqları dövrdə onun adına rəsmiləşdirilib. Lakin İsmayılovlar mülki Yekatrinadan soruşmadan satışa çıxarıblar. Nəinki bu malikanə, onunla yanaşı tikilmiş iki ev (biri qonaqlar, o biri nökər-naiblər üçün) də Yekatrinanın adınadır. Həmin evdə onun iki uşağı-13 yaşlı qızı Ruslana və 7 yaşlı oğlu David qeydiyyatdadır. Evlərin onun mülkiyyəti olduğu haqda sənəd isə Yekatrinada yoxdur.

"Mühafizəçidən öyrəndim ki, qulluqçular üçün tikilmiş evi artıq satıblar, orada hakim yaşayır. Evi böyüdüblər, hasarlayıblar. Onu mənim icazəm olmadan necə satıblar, anlamıram"-Yekatrina deyir.

Yekatrina Sərxanla hər ikisinin cəmi 18 yaşı olanda tanış olublar. Sərxan sevgilisini ailəsinə Fransada, Lacivərdi sahillərdə təqdim edib. Deyir ki, Sərxanın anası onu xoşlamırdı, çünki istəmirdi ki, oğlu rus qızla evlənsin. Qadın Sərxanla yaşadığı illərdən bir neçə foto göstərir. Belə fotolardan birində o, İsmayılovların dəbdəbəli malikanəsindədir. Pəncərələri italyan dizaynerlərinin şəxsi sifarişlə tikdiyi 200 min dollarlıq pərdələr bəzəyir. Qədim fransız mebeli, qızıl suyuna çəkilmiş mərmər sütunlar… 

"Biz öz rahatlığımızı yaratmışdıq. Fikirləşirdik ki, bu evdə uzun müddət yaşayacağıq. Və əlbətdə, uşaqlarla birlikdə evi tərk edəndə inanmırdıq ki, bu həmişəlik olacaq"-qadın kədərlə bildirir.

Yekatrina indi uşaqlarının yaşaması üçün həmin evi geri almağa çalışır. Lakin Sərxanla əlaqə saxlaya bilmir. Onun əvvəlki nömrəsi işləmir, dostları ilə əlaqəsi də yoxdur. "Dörd ildə bir dəfə də olsun zəng vurub maraqlanmayıb ki, uşaqları necədir. Bir dəfə də onları ad günlərində təbrik etməyib…Hansı ki, uşaqları onu necə sevirdi…Mən başa düşmürəm niyə belə oldu…"-Yekatrina danışır.

Yekatrina İsmayılovların malikanəsində üç il yaşayıb. Sərxan onunla mülki nikahda yaşadığı müddətdə rəsmən evlənib, boşanıb, üstəlik yeni münasibət də yaradıb. Həmin münasibətdən daha bir oğlu dünyaya gəlib. Lakin Yekatrina deyir ki, o, Sərxanın əsl sevgisi və həyatındakı əsas qadın idi.

"Biz Sərxanla həm də dost idik. Hətta onu azərbaycanlı qızla evlənməyə məcbur edəndə toy günü mənə dedi: "Sən həmişə mənimlə olacaqsan". Dörd il əvvəl isə hər şey bitdi. Atasının problemləri başladı. Bundan sonra Sərxan tez-tez məni döyürdü. Bir dəfə o, az qala məni maşında boğub öldürəcəkdi, təsadüfən yoldan keçənlər xilas etdi" — qadın deyir. 

Problemlər başlayandan sonra Sərxan Yekatrinanı uşaqları ilə birlikdə kirayə mənzildə yerləşdirib. Sonra uşaqları ondan icazəsiz qaçırıb və bir neçə ay hansısa mənzildə dayənin himayəsinə verib. Daha sonra uşaqları anasına qaytarmağı qərara alıb.

Sərxan bir müddət sonra Yekatrina ilə əlaqəni tamam kəsib, qadın kirayə qaldığı mənzili tərk edib rəfiqələrinin köməyi ilə monastıra yerləşib. İndi monastırın bufetində ayda 15 min rubl maaşa işləyir…

217
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

2
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

2
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Qadın qızıl məmulata baxır, arxiv şəkli

Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?

10
"Bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!"

Son vaxtlar bu cür elanlara avtobus dayanacaqlarında tez-tez rast gəlinir. Hətta vətəndaşlar arasında bu elanlara maraq göstərənlər də az deyil. Xüsusilə lombardda qızılı olan şəxslər bu tip elanlar vasitəsilə lombarda qoyduğu girovu çıxartmağın onlar üçün nə dərəcədə təhlükəli olub-olmadığı ilə maraqlanırlar. Sputnik Azərbaycan əhalinin geniş marağına səbəb olan bu tip elanların izinə düşüb.

Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, bu cür elanlarla vətəndaşlara lombarddakı qızılını çıxartmağa kömək təklif edənlər bank olmayan kredit təşkilatlarıdır. Elanda göstərilən nömrələrdən biri ilə əlaqə saxlayaraq bu köməyin hansı formada, hansı şərtlər qarşılığında edildiyini öyrənməyə çalışdıq.

Özünü "Brand kredit" təşkilatının nümayəndəsi kimi təqdim edən Taleh Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onların məqsədi müştəri cəlb etməkdir:

"Bəzi vətəndaşlar lombarda qoyduğu qızılını faiz yüksək olduğu üçün çıxarda bilmir. Nəticədə lombard girov saxladığı qızılı satır. Biz isə vətəndaşlara lombardlara qoyduqları qızılı çıxartmağa kömək edirik. Vətəndaşın lombarda olan borcunu ödəyirik, onunla yenidən müqavilə bağlayırıq. Tutaq ki, vətəndaşın lombarda 1300 manat borcu var. Biz onun lombarda olan bu borcunu ödəyirik. Ona həmin məbləğdə yeni kredit ayırırıq. Vətəndaş o məbləği bizə faiz hesablanmaqla 6, 12, yaxud da 18 ay ərizində ödəyir.

Əgər kredit müqaviləsi 12 aylıq bağlanarsa, aylıq ödəniş 138 manat 50 qəpik təşkil edir. Borc 12 aydan tez ödənilirsə, növbəti ayların faizi silinir. Beləcə, vətəndaş 12 aya 362 manat pul itirir. Lombardlarda isə bu, daha yüksəkdir. Bunun üçün vətəndaş bizim ofisə şəxsiyyət vəsiqəsi və girov aktı ilə yaxınlaşır. Biz onun lombarddakı borcunu bağlayırıq, qızılı yenidən qiymətləndirilir və müqavilə bağlanılır. Borc azaldıqca müştəri qızıldan hissə-hissə götürür. Bizim faizimiz lombardlarla müqayisədə aşağıdır. Həm vətəndaş qazanır, həm də biz".

© Sputnik / Zulfiyya Guluyeva
Binanın divarında "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!" yazısı

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardlar vətəndaşları çox çarəsiz duruma salır: "Vətəndaşlara əlimyandıda qalanda pul götürmək üçün ən asan variant lombarda müraciət etməkdir. Çünki lombard vətəndaşdan ancaq girov tələb edir. Bu girovun qarşılığında götürdüyü pulu necə ödəyəcəyi lombardı maraqlandırmır. Çünki lombardlar girovu çox aşağı qiymətlə qiymətləndirirlər. Hətta müştəri pulu ödəmədikdə onlar çox rahatlıqla girovu özlərinə götürürlər. Buna görə də vətəndaşlar lombardlardan yaxalarını qurtarmaq istəyirlər. Bazarda belə bir tələbat olduğunu görən bank olmayan kredit təşkilatları isə lombardda girovu olan vətəndaşı özünə müştəri kimi cəlb edir. Əslində bununla problemi öz üzərinə götürmüş olur. Çünki lombarddan pul götürüb ödəyə bilməyən şəxslər problemli müştəri hesab olunurlar. Amma ortada girov olduğundan, bank olmayan kredit təşkilatları bu məsuliyyətin altına girirlər. Burada onların əsas məqsədi müştəri cəlb etmək, pul qazanmaqdır. Düzdür, bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

S.Əliyevin sözlərinə görə, lombarddan qızılını çıxartmağa kömək edən kredit təşkilatı ilə yeni müqavilə bağlamaq vətəndaş üçün digər tərəfdən də sərfəlidir:

"Çünki lombardlara nəzarət yoxdur. Onların fəaliyyəti qanunla tənzimlənmir. Bank olmayan kredit təşkilatları isə Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Onlarda lombardlar kimi qəflətən bağlanaraq girovun batması mümkün deyil".

İqtisadçı bildirir ki, lombardların faizi çox baha, aylıq 5 faiz olur. Kredit təşkilatlarının isə faizi bir qədər aşağı - aylıq 1 faiz civarında olur: "Bu gün lombardlarla müqayisədə kredit təşkilatlarının faizi aşağıdır".

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar lombardlardan çox etibarsız olduğu üçün imtina edirlər: "Bəzi insanlar çətin duruma düşəndə girov qoyub lombarddan pul götürürlər. Amma az müddət sonra səhv etdiyini anlayır, lombardda girovun hər an batma ehtimalının olduğunu anlayır. Çünki əksər hallarda lombardlar bir ay fəaliyyət göstərir, qızılı yığıb ofisi bağlayırlar. Buna görə də, vətəndaşlar lombardlardan girovu çıxartmaq istəyirlər. Bank olmayan kredit təşkilatları da bunları nəzərə alaraq lombard müştərilərini özünə yönəldir. Onların kredit faizləri lombardlarla müqayisədə qismən aşağıdır. Həmçinin lombard girovu müştəri borcu ödəyəndə asanlıqla satır və yaxud özününküləşdirir. Bank olmayan kredit təşkilatı isə məhkəmə qərarı olmadan həmin girovu sata bilmir. Üstəlik, lombardla müqayisədə müştərinin ödədiyi məbləğ girov satılarkən nəzərə alınır. Bütün bunlara görə bank olmayan kredit təşkilatları lombardlarla müqayisədə daha etibarlı və sərfəlidir".

Qeyd edək ki, lombardlarla bağlı qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçib. Yaxın zamanda lombardların da fəaliyyəti qanunla tənzimlənəcək.

10
Teqlər:
vətəndaş, müqavilə, faiz, bank, borc, qızıl, lombard, Azərbaycan