Allahşükür Paşazadə

Allahşükür Paşazadə: "Erməni tərəfi bizim təkliflərimizlə razılaşırdı"

265
(Yenilənib 16:11 05.10.2017)
"Budəfəki görüş zamanı Patriarx Kirillin təklifi ilə münaqişənin günahsız qurbanları olan, hərbi əməliyyatlarda iştirak etməyən əsir düşmüş dinc insanların azad edilməsinə nail olmaq üçün səy göstərmək vəzifəsi müəyyənləşdirildi"

BAKI, 4 oktyabr — Sputnik. Bu il sentyabrın 8-də Moskva şəhərində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill həzrətlərinin təşəbbüsü və vasitəçiliyi ilə erməni dini lideri ilə görüşümüz baş tutdu. Bu görüş 1988-ci ildən — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan zamandan etibarən analoji formatda keçirilən görüşlərin davamı idi.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a müsahibəsində deyib.

O, bildirib ki, Rus Pravoslav Kilsəsinin mərhum başçısı II Aleksinin vasitəçiliyi ilə başlanmış, o vaxtlar erməni katalikosları olmuş Vazgen və I Qareginlə danışıqlarımızın ən mühüm nəticəsi münaqişənin dini qarşıdurma müstəvisinə keçməsinə imkan verməmək idi: "Mənim üçün hissi yükü nə qədər çətin və ağır olsa da, dini lider olaraq bu məsuliyyəti və Uca Yaradan qarşısında mənəvi borcumu dərk edərək uzun illər ərzində bu missiyanı yerinə yetirmişəm. Bütün səmavi dinlər insanlara dinc yanaşı yaşamağı, əmin-amanlıq naminə əməkdaşlığı və qarşılıqlı ehtiramı təlqin edir. Yaradanımız, xalqlarımız qarşısında missiyamız bizim — dini liderlərin üzərinə sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərmək məsuliyyəti qoyur". 

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, hər bir görüş, kiçik də olsa, irəliyə addımdır: "Biz hər zaman bəyan edirik ki, Azərbaycan və erməni xalqları bir-biri ilə qonşu olaraq yaşamalı olacaqlar. Odur ki, sülh və əməkdaşlıqdan başqa bir perspektiv yoxdur. Belə bir vəziyyətdə biz, dini liderlər olaraq, xalqlarımızın gələcəyi naminə birgə cavablar axtarmağa məsuluq. Bir ruhani kimi ilahi dəyərlər işığında ziddiyyətlərin, münaqişənin ədalətlə, sülh yolu ilə həlli üçün səylərimizi birləşdirməliyik. Bu, ilk növbədə, humanitar problemləri ehtiva etməlidir. Məsələn, budəfəki görüş zamanı Patriarx Kirillin təklifi ilə münaqişənin günahsız qurbanları olan, hərbi əməliyyatlarda iştirak etməyən əsir düşmüş dinc insanların azad edilməsinə nail olmaq üçün səy göstərmək vəzifəsi müəyyənləşdirildi. Daha sonra məscid, məbəd və digər müqəddəslik kəsb edən abidələrin qarşılıqlı şəkildə müdafiəsi və toxunulmazlığı məsələsini qaldırdıq. Həmçinin gənclərimizin ənənəvi mənəvi-əxlaqi dəyərlər zəminində sülhsevərlik, qarşılıqlı ehtiram ruhunda tərbiyəsinin vacibliyi vurğulandı. Gərgin keçən görüşdə bir çox arqumentlər səsləndi, qarşılıqlı iddialar oldu. Erməni tərəfi bizim təkliflərimizlə çox çətinliklə razılaşırdı, danışıqlar prosesini pozmağa çalışırdı. Lakin bölgədə qan tökülməsinin qarısını almaq, münaqişənin ədalətli sülh yolu ilə həllini reallaşdırmaq naminə bütün mümkün imkanlardan istifadə etmək məramı hər şeydən daha mühümdür".

"Bu məram naminə istənilən yol caizdir, hər atılan addım xeyrə vəsilədir. Bu baxımdan, üçtərəfli görüşləri önəmli sayıram. Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kirill həzrətlərinə vasitəçilik, sülhyaratma missiyasına görə minnətdarıq"-deyə A.Paşazadə bildirib.

265
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, Qafqaz Müsəlmanları İdarəsi, Allahşükür Paşazadə
Əlaqədar
QMİ “İmamzadə Ziyarətgahı”nda baş verən insidentə münasibət bildirdi
QMİ sədri: “Bəzi dövlətlər bizim daxili işimizə qarışır"
QMİ sərt xəbərdarlıq etdi
QMİ-nin nümayəndəsinin qardaşı qudasını öldürmədiyini deyir
QMİ sədri: Azərbaycanda dini münaqişə yoxdur
Dairəvi Alban Məbədi, arxiv şəkli

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

779
(Yenilənib 21:09 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

779
Bıçaq əlində qadın, arxiv şəkil

Bacılar arasında bıçaqlaşma baş verib - Lənkəranda

94
(Yenilənib 17:34 18.04.2021)
1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

94
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0