Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb

Bakı yaxınlığında göl daşıb, vəziyyət acınacaqlıdır

843
(Yenilənib 20:05 04.10.2017)
Sakinlər müfaviq qurumlardan yardım istəyirlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində Daşagil gölünün daşması nəticəsində evləri yenə su basıb. Bu ərazidəki torpaqlar sakinlərə 7-10 il əvvəl bələdiyyə tərəfindən satılıb. Onlarla ailə, çox ucuz olduğu üçün burada torpaq alıb və ev tikib.

Bir-iki il yaxşı, sakit yaşayıblar. Sonradan ərazidə müxtəlif zavodlar tikilib və onların tullantı suları yaxınlıqda olan gölə axıdılıb. Əvvəlcə bu, problem kimi görünməsə də, payız-qış aylarında yağıntılar artdığı üçün sakinlər böyük problem yaşamağa başlayıblar. Deyirlər ki, bir balaca yağış, qar yağan kimi göl dolub daşır və evləri su basır.

Xatırladaq ki, Sputnik Azərbaycan-ın əməkdaşı ötən qış ərazidə olaraq, reportaj hazırlamışdı. Sakinlər, o zaman da vəziyyətlərinin həddən artıq acınacaqlı olduğunu bildirmişdilər.

Güman etmək olardı ki, məqalədən sonra aidiyyatı orqanlar insafa gəlib, hansısa addım atacaqlar. Amma üstündən, təxminən 8 ay keçməsinə baxmayaraq, sakinlərin xilası üçün heç bir iş görülməyib. Son günlər yağan intensiv yağışlar gölün yenidən daşmasına səbəb olub. Biz də yaşananları nəzərə alaraq, yenidən əraziyə baş çəkdik.

  • Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    © Sputnik / Irade JELIL
  • Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    © Sputnik / Irade JELIL
  • Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    © Sputnik / Irade JELIL
  • Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    © Sputnik / Irade JELIL
  • Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb
    © Sputnik / Irade JELIL
  • Ərazi sakini Sürəyya Kazımova
    Ərazi sakini Sürəyya Kazımova
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Quşçuluq massivində gölün daşması nəticəsində evləri su basıb

Ərazidə 150-ə yaxın ev var və artıq 25-ə yaxın ev su içində qalıb. Sakinlərin sözlərinə görə, ildə iki dəfə eyni hal təkrarlanır. Əsas problem isə ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Kanalizasiya sistemi olmadığı üçün yaxın qəsəbələrin tullantı suları bu gölə axıdılır. Sakinlər yayda üfunət qoxusundan, ağcaqanaddan dinclik tapmırlar, qışda isə evlərinə su dolur.

Sakin Elnur Həsənovun sözlərinə görə, 5-6 ildir bu qəsəbədə torpaq alıb, ev tikib. Düşünüb ki, rahatlığa çıxacaq. Amma yaxınlıqdakı gölün daşması sakinin bu rahatlığını pozub. Həsənovun sözlərinə görə, evlərini su basdığı üçün uşaqlar evdən kənara çıxa bilmir, məktəbə getmirlər.

Sürəyya Kazımova da deyir ki, 6 ildir burada yaşayır: "İki il rahat yaşadıq. Amma sonradan bu problemi yaşamağa başladıq. İldə iki dəfə evlərimizi su basır. Qışda yağış suları gölə axır, göl daşır, evlərimizi basır. Yayda da elə bil ki, yerdən su çıxır. Yağış yağdı-yağmadı evlərimiz su ilə dolu olur".

Sakinlərdən Telman Söhbətov da ildə iki dəfə problemlə qarşılaşdıqlarını bildirir. Hara müraciət etsələr də, müraciətləri cavabsız qalır. Payız ayları olan kimi, sakinlərin əksəriyyəti qapı-pəncərəsini bağlayıb, şəhərə kirayəyə köçür. İmkanı olmayanlar isə çarəsizcəsinə gölün suları ilə mübarizə aparmağa çalışırlar.

Sakinlər bildirirlər ki, onlar bu ərazidə torpaq alanda Daşagil gölü bir qədər uzaqda olub və gölün ortasından nazik yol keçirmiş. Ətraf ərazilərin kanalizasiya sistemindən isə nazik boru ilə əraziyə kanalizasiya suları axıdılırmış. Hazırda isə "Milla"nın, "Caspian"ın, "Neft baza"nın və bütün Binəqədinin çirkab suları bu gölə axıdılır.

"Bununla yanaşı, yaxınlarda salınan "28 may" qəsəbəsinin də çirkab suları bu gölə axıdılır. Başa düşə bilmirik, elə bil ki, bizim qəsdimizə durublar. Qarşıdan qış gəlir. Həqiqətən qorxuruq. Artıq bilmirik kimə müraciət edək. Kimsə bizə kömək etsin" — deyə sakinlər fəryad edirlər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, sakinlər onlara müraciət edib və qurumun nümayəndələri də ərazidədirlər. Yəni, "heç bir problem yoxdur". Halbuki, biz İcra Hakimiyyətinə müraciət edəndən əvvəl də, sonra da sakinlər bildirdilər ki, Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, müraciətləri cavabsız qalıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, edilən çağırışlar aidiyyatı üzrə yerli icra hakimiyyəti orqanlarına və "Azərsu" ASC-yə yönləndirilib. Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, hazırda qurumun 2 nasosu suyu Daşhagil gölündən Sumqayitçaya vurur.

"Adi günlərdə isə 1 nasos işləyirdi. Yağıntılar zamanı 2-ci nasosu da işə salmışıq. Suyun qalxması müvəqqətidir. Yağıntılar dayanan kimi yenə səviyyə tənzimlənəcək və problem yaşanmayacaq" — Cəbrayıllı vurğuladı.

843
Teqlər:
Daşagil gölü, Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsi, göl, yağıntı, daşqın, Sputnik Azərbaycan, Abşeron rayonu, su, sakin, yağış
Əlaqədar
Sel cənub bölgəsini belə apardı - VİDEO
Güclü sel həyatı iflic elədi
Dolu və sel bölgəni iflic etdi: icra başçısı təcili göstəriş verdi
Cənub bölgəsində baş verən daşqının görüntüləri
Azərbaycanda sel və daşqın gözlənilir — xəbərdarlıq
Cənub bölgəsində bir kənd çay daşqınının altında qaldı
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

3
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

3
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

24
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

24