CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

YAP-çı gənclərə xüsusi güzəşt

© Photo : Facebook / YAP Gencler BirliyiYAP-çı gənclər
YAP-çı gənclər - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq

BAKI, 3 oktyabr — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə, Bakının Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib.

Siyavuş Novruzov - Sputnik Azərbaycan
CƏMİYYƏT
YAP-çı millət vəkili bank özbaşınalığına qarşı çıxdı

"Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır" — deputat bildirib.

O, qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib: "İpoteka krediti vasitəsilə YAP işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab Prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik".

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı "Sahil" bağı ilə üzbəüzdə yerləşir.

Xəbər lenti
0