BAKI, 2 oktyabr — Sputnik. Əhalinin banklarla bağlı müəyyən narazılıqları var, faiz dərəcələri mütləq aşağı salınmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, son vaxtlar çoxlu sayda rayonlarda görüş keçirib: "Mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdən gətirilən malların qiymətindən bahadır?Bu suala cavab tapa bilmirəm. Xüsusilə, iki gün öncə insanlarla görüş zamanı mənə sual verildi ki, 8 aydır ölkədə valyutanın qiyməti dəyişməz olub, manatın dəyəri 4 faiz möhkəmlənib. Nəyə görə yağın kiloqramı 18 manata çatıb? Axı aztəminatlı ailələr bundan yararlana bilmirlər, əziyyət çəkirlər".
Millət vəkili deyib ki, əgər 7-8 ay əvvəl yağın kiloqramı 10-12 manat idisə, indi artıq 18 manata çatıb: "Dünən mağazaya girdim və bəzi yağların qiymətinin 18 manat olduğunu gördüm. Bu problemdir. İnsanları sıxmaq olmaz. Kimsə pul qazanmaq istəyirsə, bunu normal, halal yolla etsin. Əksinə, insanları narazı salmaq lazım deyil".
Onun sözlərinə görə, eyni zamanda, ətin qiyməti də qalxıb: "İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinin müvafiq qurumlarına müraciət edirəm. Axı bizdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var, bu qiymətlərə nəzarət etsin. Qiymətlər tənzimlənsin. Xahiş edirəm müvafiq qurumlar bunu nəzərə alsınlar".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.