Millət vəkili Zahid Oruc

Deputat Sputnik-i hədəfə alanlardan danışdı

41
(Yenilənib 09:37 03.10.2017)
Millət vəkili hesab edir ki, Azərbaycan xarici məkana çıxan televiziyaları elə o ölkələrdə yaratmalıdır

BAKI, 2 oktyabr — Sputnik. 2016-cı ilin noyabr ayında Avropa İttifaqı tərəfindən akt qəbul olunub ki, onlar üçüncü ölkələrin təbliğatına qarşı mübarizə aparmaq qərarına gəliblər. Bundan ötrü xüsusi vəsait ayırıblar və bir neçə də informasiya vasitələri təsis ediblər. Əsasən onların hədəfi "Russia Today" və "Sputnik" şəbəkəsidir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun özü sübut edir ki, soyuq müharibə bitməyib, yenə də informasiya məkanında açıq, amansız mübarizə gedir: "Biz gördüyümüz kimi, Azərbaycan da eyni hədəfdədir. Azərbaycan əleyhinə olan televiziyalar — "Turan TV", "Azərbaycan saatı", "Meydan TV" açıq-aşkar beynəlxalq dairələr tərəfindən maliyyələşdirilir. Azərbaycan əleyhinə olan qüvvələr təşkilatlandırılır. Müxalif camiə ölkə daxilindən çıxarılıb, sanki xaricə keçirilib. Bunları təşkilatlandıran, konkret hədəfə istiqamətləndirən qüvvələr mövcuddur".

Millət vəkili hesab edir ki, Azərbaycan xarici məkana çıxan televiziyaları elə o ölkələrdə yaratmalıdır: "Avropa İttifaqının mövcud aktları bizə o imkanı verir".

41
Teqlər:
Avropa İttifaqı, Zahid Oruc
Əlaqədar
NATO Baş katibi Sputnik-ə önəmli açıqlama verdi
Sputnik və "Todes"dən master klass
Sputnik Azərbaycan-ın əməkdaşları Azərbaycan Mətbuat Tarixi Muzeyini ziyarət ediblər
Fotoqraflar Sputnik Azərbaycan-a yığışdılar