Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlıların da yaxından tanıdığı məşhur aktyordan pis xəbər

© Photo : КиноПоискHalil Ergün Yaprak Dökümü teleserialında Ali Rza obrazında
Halil Ergün Yaprak Dökümü teleserialında Ali Rza obrazında - Sputnik Azərbaycan
Abunə olmaq
71 yaşlı aktyor yeriməkdə çətinlik çəkdiyini söyləyib

BAKI, 30 sentyabr — Sputnik. 2006-2010-cu illər arasında Türkiyənin özəl telekanallarından birində yayımlanan və ölkəmizdə izlənmə rekordları qıran "Yaprak Dökümü" teleserialında Ali Rza obrazını canlandıran Halil Ergün, səhhətində problemlər yaşadığını açıqlayıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən bildirir ki, 71 yaşlı aktyor yeriməkdə çətinlik çəkdiyini söyləyib.

"İçkini tərgitdim. Amma artıq çəki ucbatından yeriyə bilmirəm, çox çətinlik çəkirəm. Qidalanmağıma da diqqət edirəm. Çəkim 100 kilonu keçib. Daha sağlam olmaq istəyirəm" — Halil Ergün deyib.

Xəbər lenti
0