Zakir Qaralov

Baş prokurordan Mehriban Əliyevanın təyinatına münasibət

77
(Yenilənib 18:28 01.10.2017)
Baş prokuror: "Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı son dövrün ən önəmli hadisəsidir"

BAKI, 30 sentyabr — Sputnik. "Ötən bir il respublikamızın ictimai-siyasi və sosial iqtisadi həyatında mühüm əhəmiyyətə malik əlamətdar hadisələrlə zəngin olub. Onlardan ən əhəmiyyətlisi Konstitusiyaya ümumxalq səsverməsi — referendumla edilən, 12 oktyabr 2016-cı il tarixdən rəsmi dərc edilməklə qüvvəyə minmiş dəyişikliklər olub. Konstitusiyaya dəyişikliklər mahiyyətcə dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olaraq ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Baş prokuror qeyd edib ki, referendum aktı ilə təsis edilmiş birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı son dövrün ən önəmli, ölkənin bu günü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyərə malik mühüm hadisəsi olub: "Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə təşkilat komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırıb. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir".

77
Teqlər:
Konstitusiyaya referendumu, Mehriban Əliyeva, Zakir Qaralov, Azərbaycan
Əlaqədar
Mehriban Əliyeva: "Səmimi təbriklərinizdən çox təsirlənmişəm"
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Dövlət dumasının deputatı Mehriban Əliyevanı təbrik etdi
Mehriban Əliyeva balaca Zəhranın ölümünə münasibət bildirdi
Mehriban Əliyeva şəhid ailəsinin böyük müşkülünü həll etdi

İcra başçısının müavinini maşın vurdu

13
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

13

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

880
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

880
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0