İslah əmək müəssisəsi, arxiv şəkli

Bəzi cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınıb

140
(Yenilənib 16:47 29.09.2017)
"Bu sistemin tətbiqi cəzaların 92 faizinin azalmasına gətirib çıxarıb"

BAKI, 29 sentyabr — Sputnik. "Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, parlamentdə "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı bildirib.

"Bu sistemin tətbiqi dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, cəzaların 92 faizinin azalmasına gətirib çıxarıb. Eyni zamanda, həmin şəxslərin cinayətdən yayınması hallarının 94 faiz azalmasına səbəb olub" — o deyib.

V. İsayevin sözlərinə görə, bütövlükdə, 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınıb: "Nəticədə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda, 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib".

140
Teqlər:
azadlıq, cinayət, cəza, həbs
Əlaqədar
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub
Azərbaycanda 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq
Türkiyənin tanınmış şəxslərindən Azərbaycana qarşı ağır cinayət
Milli Məclisin deputatının keçmiş fəaliyyəti ilə bağlı cinayət işi açıldı