CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalist İnterpol xəttilə axtarışa verildi

© AFP 2023 / STEFFI LOOSTürkiyəli jurnalist Can Dündar
Türkiyəli jurnalist Can Dündar - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya hökumətindən jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub

BAKI, 28 sentyabr — Sputnik. Türkiyənin "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Almaniya hökumətindən həmçinin jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub.

Qeyd edək ki, bundan əvvəl Diyarbakır Prokurorluğu Can Dündar barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarıb. O, PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.

Xəbər lenti
0