Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ulduz futbolçu biabır oldu

© AP Photo / Rui VieiraMəsud Özil, arxiv şəkli
Məsud Özil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məsudun verdiyi yanlış informasiya Türkiyə cəmiyyətində xoş qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri onu biabırçı adlandırıblar

BAKI, 28 sentyabr — Sputnik. Dünyanın ən məşhur futbolçulardan olan türk əsilli Məsud Özil evinin qapısını jurnalistlərə açıb. Xarici media təmsilçilərinə otaqları bir-bir gəzdirən oyunçu, ən son öz yatdığı otağı göstərib.

Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, evindəki maraqlı əşyaları jurnalistlərə tanıdan Məsud divardan asılan portret haqda isə yanlış məlumat verib. O, sultan III Səlimi əli ilə göstərərək "bu adam İstanbulu fəth edən adamdır" deyib. Məsudun verdiyi yanlış informasiya Türkiyə cəmiyyətində xoş qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri onu biabırçı adlandırıblar. Çünki, İstanbulu fəth edən hökmdar Fateh Sultan Mehmetdir.

Məsud Özil daha sonra Türkiyədən gətirdiyi antik əşyaları da xarici media təmsilçilərinə göstərib.

Xəbər lenti
0