BAKI, 26 sentyabr — Sputnik. Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
Qılıncov Bəxtiyar Vaqif oğlu
Ağakərimov Müzəffər Mehdi oğlu
Əliyev Zakir Haşım oğlu
Qədəşov Tahir Ərziman oğlu
Yusufov Rüfət Teymur oğlu
Su polosu üzrə ikiqat olimpiya çempionu, Tatarıstandan Dövlət Dumasına deputat seçilmiş İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.
"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, İrek Zinnurov 2016-cı ildə Dövlət Dumasının VII çağırışına “Vahid Rusiya” partiyasından millət vəkili seçilib.
Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda Co Bayden ABŞ-ın yeni prezidenti olaraq and içib. Səkkiz il vitse-prezident vəzifəsini icra edən Bayden indi ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin martında ABŞ-da səfərdə olarkən o dövrdə vitse-prezident vəzifəsini icra edən Co Bayden ilə görüşmüşdü.
Bəs Co Baydenin prezident olmasının Azərbaycan üçün hansı siyasi təsirləri olacaq?
Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Bayden ABŞ-ın həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək: “Bununla belə, yeni prezident ABŞ-ın strateji kursunu dəyişməyəcək. Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir”.
“Ölkəmiz regionda meqalayihələrin ideya müəllifidir, həm də onların həyata keçirilməsində vacib rol oynayır. Ona görə də yeni administrasiya Azərbaycana münasibətdə real və praqmatik mövqedə dayanmalıdır”, – deyə Fikrət Sadıxov əlavə edib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Bayden hələ konqresmen olduğu vaxtlarda erməni diasporu ilə sıx əlaqədə olub və Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişin həmmüəlliflərindən biridir.
Politoloq deyir ki, Baydenin konqresmenlik dövründəki fəaliyyəti ilə prezidentlik vəzifəsini eyniləşdirmək olmaz: “O, artıq ABŞ-ın milli təhlükəsizlik və strateji maraqlarından çıxış etməlidir. Bu maraqlar Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma bu, o demək deyil ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığı indikindən daha çox olacaq. Azərbaycan üçün önəmli olan ABŞ-ın onun daxili işlərinə qarışmamasıdır”.