Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev 24 milyon manat pul ayırdı

31
İlham Əliyev iki mühüm sərəncam imzaladı

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan prezidenti İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

31
Teqlər:
Sərəncam, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Azərbaycan prezidenti İlham Əliyev, Neftçala şəhəri
Əlaqədar
Azərbaycan prezidentindən gənclərlə bağlı mühüm sərəncam
Dövlət başçısından Cocuq Mərcanlı ilə bağlı yeni sərəncam
Dövlət başçısından idmançılar üçün mühüm sərəncam
Prezidentdən hərbçilərlə bağlı vacib sərəncam
İlham Əliyev vacib sərəncam imzaladı
Qida festivalı, arxiv şəkli

Azərbaycanda qastronomiya turizmi çiçəklənəcək: Konsepsiyada nələr var?

0
(Yenilənib 16:37 22.01.2021)
Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

BAKI, 22 yanvar — Sputnik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün "Milli dadlar" konsepsiyasının hazırlanması işinə start verilib. Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.

Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün "millidadlar.az" onlayn portalını təqdim edir.

Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.

Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.

Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.

0
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

1
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

1