CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AAAF rəhbəri prezidentə müraciət etdi: "30 min sakini ayağa qaldırmaq istəyirlər"

© Photo : AAAFTofiq Heydərov, arxiv şəkli
Tofiq Heydərov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tofiq Heydərov: "Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə "AAAF Park”da gözü var"

BAKI, 24 sentyabr — Sputnik. "AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib.

Sputnik Azərbaycan xəbər verir ki, Tofiq Heydərov öz facebook səhifəsində və başçılıq etdiyi şirkətin saytında videomüraciət yayaraq yayılan məlumatlara aydınlıq gətirib, sensasiya hesab olunacaq faktlar açıqlayıb.

Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.

"Hörmətli izləyicilərim və dostlarım, ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. "AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə "AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.

Xəbər lenti
0