Bank əmanəti

Müflisləşmiş bankların müştəriləri əmanətlərini geri ala bilməyəcəklər

373
(Yenilənib 18:05 25.09.2017)
Əmanətlərin Sığortalanması Fonduna əmanətlərin qaytarılması üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb və onların kompensasiya üçün maliyyə problemi olmamalıdır

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Ümumilikdə müflisləşmiş banklarında sığortalanmış əmanətlər üzrə vəsaitlərin əmanətçilərə ödənilməsi prosesi uzanıb. Bunu Sputnik Azərbaycan-a AR Vəkillər Kollegiyasının üzvü, bank və maliyyə Əkrəm Həsənov bildirib.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Vəkil hesab edir ki, heç də bütün müştərilər Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) kompensasiya ala bilməyəcək, çünki problemlər var. O, müflisləşmiş ən böyük banklardan biri olan Bank Standardı misal gətirib.

"Əmanətçilər öz pullarını ala bilmirlər. Söhbət məhz sığortalanmılş əmanətlərdən gedir. Sığortalanmamış əmanətlərə gəlincə, onlar 157 milyon manatdır və biz onların uğrunda mübarizə aparırırq" — deyə Həsənov bildirib.

Onun sözlərinə görə, sığortalanmış manat əmanətləri bu problemlə üzləşməyib. Amma dollar əmanətlərində problemlər yaranıb. "Müştəri gəlib deyir ki, əmanəti sığortalanıb, əllində müqavilə var. Amma əmanətlərin Sığortalanması Fondu iddia edir ki, onun bazasında əmanət sığortalanmayıb, çünki faiz dərəcəsi demək olar ki, üç faizdən çoxdur. Məlumdur ki, əgər faiz dərəcəsi 3 faizdən yüksəkdirsə, ona sığorta verilmir. Amma müştəri də öz növbəsində müqaviləni göstərir ki, orada əmanətin sığortalandığı yazılıb" — deyə vəkil bildirir.

Ona görə də, müştərilər artıq bir ildir ki, fonda məktub yazırlar, bəziləri isə artıq məhkəməyə müraciət ediblər. "Belə faktlar var, mən yalnız Bank Standardla bağlı bunu deyə bilərəm. Amma başqa banklarda da analoji vəziyyətin olduğunu istisna etmirəm. Eyni problemlər dollar əmanətlərində də mövcuddur. Mən bu məsələ ilə bağlı fondun yeni rəhbəri ilə danışmışam və o, söz verib ki, hər şeyi yoluna qoyacaq" — deyə Vəkillər Kollegiyasının üzvü əlavə edib.

O, həmçinin qeyd edib ki, qanuna görə, vətəndaşların müraciət müddəti bankın iflasından 1 il müddət keçənə qədərdir. Yalnız Bank Standard qalıb ki, onun da vaxtı bu ayın sonunda başa çatır.

"Prinsipcə proses çoxdan başa çatmalı idi. Mən ümid edirəm ki, heç olmasa bu ilin sonuna qədər məsələ tamamilə həllini tapacaq. Özü də bunun üçün Əmanətlərin Sığortalanması Fonduna dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Buna görə də, onların maliyyə problemləri olmamalıdır" — deyə Həsənov bildirib.

Əmanətlərin Sığortalanması Fondunun verdiyi məlumata görə, Azərbaycanın lisenziyalar ləğv edilmiş 11 kommersiya bankının müştərilərinə 9 sentyabr 2017-ci ilədək cəmi 747.930 milyon manat ödənilib. Bank Standard öz müştərilərinə kompensasiyanın çoxunu — 437,737 milyon manat və ya bankın öhdəliklərinin 99,2% —ni ödəyib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2016-cı ilin sentyabr ayının 16-dan etibarən bütün milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırıb.

16 sentyabr 2016-cı il tarixindən etibarən üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Xarici valyutada yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 3 faizdir.

373
Teqlər:
müştəri, əmanət, kredit, bank
Əlaqədar
Mərkəzi Bank manatla bağlı qərar verdi
Banklarımız borc öhdəliklərindən qurtulmağa çalışır
Banklar yeni məzənnələri açıqladı
Dollar Mərkəzi Bankda qalxdı, banklarda nə baş verir?