CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu bölgəmizdə qorxunc bəla peyda olub və sürətlə yayılır — SOS

© Sputnik / Ilham MustafayevGədəbəy rayonunun Şınıx kəndi
Gədəbəy rayonunun Şınıx kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Çarəsi bilinməyən xəstəlikdən məhsulları məhv olan təsərrüfatçılar aidiyyatı orqanlardan yardım istəyirlər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Kartofçuluq rayonu kimi tanınan Gədəbəydə məhsula düşən xəstəlik təsərrüfatçıların əsas probleminə çevrilib. Əsasən Şınıx bölgəsinin kəndlərində yayılan xəstəlik, məhsuldarlığı ciddi şəkildə aşağı salıb.

© Sputnik / Ilham MustafayevKənd sakinləri
Kənd sakinləri - Sputnik Azərbaycan
Kənd sakinləri

Bölgədə yaşayan insanların ilk dəfə 5 il öncə rast gəldikləri, mənşəyi bilinməyən bəla, ildən-ilə artıb və hazırda çıxarılan məhsulu tam yararsız hala salıb. Kənd sakinləri indiyədək rəsmi qurumlara müraciət etmədiklərini bildirirlər. Əvəzində, mütəmadi olaraq kənd təsərrüfatı apteklərindən aldıqları dərmanlardan istifadə ediblər. Amma onların bu səyi heç bir nəticə verməyib.

© Sputnik / Ilham MustafayevMənşəyi məlum olmayan bu xəstəlik məhsuldarlığı xeyli aşağı salıb
Mənşəyi məlum olmayan bu xəstəlik məhsuldarlığı xeyli aşağı salıb - Sputnik Azərbaycan
Mənşəyi məlum olmayan bu xəstəlik məhsuldarlığı xeyli aşağı salıb

Təsərrüfatçı Elnur İsayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, hər il kartof becərsə də, qışda yemək üçün kartofu bazardan almağa məcbur olduqlarını deyir: "4-5 ildir məhsulumuz naməlum xəstəliyə yoluxub. Bitkiçilik apteklərində məsləhət görülən bütün dərmanlardan istifadə etsək də, heç bir əlac edə bilmirik".

"Əvvəlcə normal inkişafda olur, heç nə bilinmir. Yeri qazanda isə, oradakı məhsulun 70%-i çürük çıxır. Salamat çıxarılan isə, uzağı bir ay ərzində istifadə olunmasa, iylənir və tullamağa məcbur oluruq" — o bildirir.

İsayevin sözlərinə görə, hər il özləri kartof əkirik, amma qışda istifadə etmək üçün məcbur qalıb satın alırlar: "Artıq aidiyyatı orqanlardan xahiş edirik ki, bizim dərdimizlə maraqlansınlar. Xəstəliyin dəqiq diaqnozunu qoysunlar. Canımız qurtarsın bu bəladan".

© Sputnik / Ilham MustafayevKartofçuluq yerli əhalinin əsas gəlir mənbələrindər biridir
Kartofçuluq yerli əhalinin əsas gəlir mənbələrindər biridir - Sputnik Azərbaycan
Kartofçuluq yerli əhalinin əsas gəlir mənbələrindər biridir

Kənd sakini Nadir Alıyev bölgənin kartofçuluqla dolandığını, məhsulları zay olandan bu yana isə çarəsiz qaldıqlarını deyir: "Neçə ildir təsərrüfatdan xeyir götürə bilmirik. Əvvəllər bir hektar yerdən cəmi 1 vedrə xarab kartof çıxardı. İndi qışa saxlamağa heç o qədər salamat məhsul olmur. İldən-ilə də xəstəlik daha geniş yayılır. Həyətyanı sahələr də, çöl torpaqlarımız da eyni vəziyyətdədir"

Başqa kənd sakinləri də aidiyyatı orqanlardan kömək istəyir, onları bu bəladan qurtarmaq üçün mütəxəssis göndərilməsini xahiş edirlər.

Gədəbəy rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin müdiri Asif Nağıyev məsələ ilə bağlı Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, artıq torpaqdan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriyasına göndərilib. Onun sözlərinə görə, bir neçə gündən sonra analizlərin cavabları məlum olacaq və məhsulun məhv olma səbəbi tapılacaq.

Xəbər lenti
0