Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev hökumətə tapşırıq verdi

55
(Yenilənib 21:53 19.09.2017)
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Abdullayev Rafiq Qəzənfər oğlu

Eyvazov Maqsud Əli oğlu

İbadov Faiq Aslan oğlu

İsmayılov Əli Məmməd oğlu

Rəhmanov Rahib Ramiz oğlu

Vəliyev İsmət Süleyman oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

55