Təcili yardım avtomobili, arxiv şəkli

Dayıoğlu bibioğlunu döyüb öldürdü

27
(Yenilənib 16:26 19.09.2017)
Hazırda Hüseynov Rüfət saxlanılıb və fakt üzrə araşdırma aparılır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Masallı rayonunun Qızılağac kəndində döyülmə hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın Cənub bürosunun xəbərinə əsasən, kənd sakini Hüseynov Rüfət öz bibisi oğlu, 1987-ciil təvəllüdlü Afiq Allahverdiyevi döyüb. Döyüldükdən sonra vəziyyəti ağırlaşan Afiq Allahverdiyevi Masallı Rayon Mərkəzi xəstəxanasına çatdırsalar da o xəstəxanada dünyasını dəyişib.

Hazırda Hüseynov Rüfət saxlanılıb və fakt üzrə araşdırma aparılır.

27
Teqlər:
Döyüb öldürmə, Hüseynov Rüfət, Afiq Allahverdiyev, Qızılağac kəndi, Masallı rayonu
Əlaqədar
Paytaxtda dəhşətli qətl baş verdi
Sərxoş qadınlar tərəfindən amansız qətl
8 mart bayramında qətl