CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağça uşaqları üçün bir ilk

© Photo : Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətiUşaq bağçasında mütaliə saatı
Uşaq bağçasında mütaliə saatı - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin, uşaqlar arasında bir-birindən maraqlı viktorinalar, oyunlar təşkil olunur və onlara kitablar hədiyyə olunur

BAKI, 18 sentyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və filialları müntəzəm olaraq uşaq bağçalarında görüşlər, söhbətlər, məlumat və nağıl saatları təşkil edirlər. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bağça yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, mütaliəyə marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.

© Photo : Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətiBelə tədbirlər uşaqların kitabxanaya, mütaliəyə marağını artırır
Belə tədbirlər uşaqların kitabxanaya, mütaliəyə marağını artırır  - Sputnik Azərbaycan
Belə tədbirlər uşaqların kitabxanaya, mütaliəyə marağını artırır

Təşkil olunmuş nağıl saatlarında kitabxana işçiləri tərəfindən uşaqlara "Sehirli Torba", "Çırtdan", "İki sehirli sandıq", "Qızıl qaz", "Tıq tıq xanım", "Məlikməmməd" və digər Azərbaycan və dünya xalq nağılları oxunur. Nağılların tərbiyəvi əhəmiyyəti uşaqlara aşılanır, onlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət edirlər.

Həmçinin, uşaqlar arasında bir-birindən maraqlı viktorinalar, oyunlar təşkil olunur və onlara kitablar hədiyyə olunur.

Xəbər lenti
0