CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın məşhur məkanında nə baş verir?

© Sputnik / Irade JELIL"Məhsul" stadionun girişi
Məhsul stadionun girişi - Sputnik Azərbaycan
Abunə olmaq
"Məhsul" stadionunun bağlanması barədə məlumatlar yayılıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bir zamanlar "Məhsul" stadionu adla çağırılıb. Deyilənə görə, təmiri, səliqə-sahmanı yerində olan stadionun keçmiş rəhbəri İbad kişi, stadionun hasarlarının yanında belə, siqaret çəkməyə icazə verməzmiş. Çox zəhmli adam olub. Stadionu da evi kimi qoruyurmuş.

© Sputnik / Irade JELILStadionun keçmiş rəhbəri İbad kişi, stadionun hasarlarının yanında belə, siqaret çəkməyə icazə verməzmiş
Stadionun keçmiş rəhbəri İbad kişi, stadionun hasarlarının yanında belə, siqaret çəkməyə icazə verməzmiş - Sputnik Azərbaycan
Stadionun keçmiş rəhbəri İbad kişi, stadionun hasarlarının yanında belə, siqaret çəkməyə icazə verməzmiş

Amma zaman keçdi, dövr dəyişdi. Sonradan stadion müxalifətin mitinqlərinin keçirildiyi məkana çevrildi. İndi də ara-sıra mitinqlər olur. Amma ildə bir-iki dəfə keçirilən mitinq məkanından çox, ətrafda yaşayan gənclərin, uşaqların əyləncə yerinə çevrilib.

Əvvəlki stadiondan əsər-əlamət qalmasa da, idman üçün nəzərdə tutulmuş bütün "trenajorlar" çıxarılsa da, oturacaqlar çürüyüb bərbad vəziyyətə düşsə də, bu gün də ərazidə yaşayan əhali hava almaq, istirahət etmək üçün bura gəlir. Amma söz-söhbət gəzir ki, buranı da söküb yerində göydələn ucaldacaqlar. Elə buna görə də, stadionu təmir etdirmirlər.

Bu yaxınlarda yolumu "Məhsul" stadionundan saldım, ərazidə olan sakinlərlə danışdım. Sakinlərin sözlərinə görə, əvvəllər stadiona baxılır, ağaclar suvarılır, "trenajorlar" təmir edilirmiş. Sonra bir günün içində trenajorların hamısını söküblər.

© Sputnik / Irade JELILİndi burda hərdən müxalifətin mitinqi keçirilir
İndi burda hərdən müxalifətin mitinqi keçirilir - Sputnik Azərbaycan
İndi burda hərdən müxalifətin mitinqi keçirilir

Məqsəd stadiona məşq etməyə gələn gəncləri ərazidən uzaqlaşdırmaq olub. Dəfələrlə stadionun bağlanması barədə məlumatlar da yayılıb. Stadion indi də bağlıdır – amma yarışların üzünə. İndi burda hərdən müxalifətin mitinqi keçirilir, hərdən də ərazidə yaşayan uşaqlar futbol oynayırlar.

Sakin Samir Mustafayevin Sputnik Azərbaycan-a dediyinə görə, bu stadion həm də uşaqların oyun meydançasıdır: "Valideyn uşağını evdən buraxanda da bilir ki, 4 tərəfi qapalıdır, təhlükəsiz yerdir. Mən özüm də səhər və axşam idmanımı burada edirəm. Amma gördüyünüz kimi, indi "Məhsul" stadionun adı qalıb, idmana aid olan hər şeyi yığıb aparıblar".

© Sputnik / Irade JELILOturacaqlar çürüyüb
Oturacaqlar çürüyüb - Sputnik Azərbaycan
Oturacaqlar çürüyüb

S. Mustafayev əlavə edib ki, bir ara sakinlər arasında belə şayiə gəzirmiş ki, guya stadion söküləcək və yerində çoxmərtəbəli bina ucaldılacaq: "Amma hələ ki, heç bir xəbər yoxdur. Stadion təmirsizdir, amma olsun, bizimdir. İstədiyimiz vaxt düşə bilirik".

Digər sakin Maarif Əliyev də, stadionun acınacaqlı vəziyyətindən gileylənib: "İllərlə təmir edilməyən oturacaqlar sıradan çıxıb, yerə döşənən kauçuklar cırılıb, parçalanıb. Stadion həm də "İdman-sağlamlıq kompleksi" adlansa da, idman və sağlamlıq üçün heç bir şərait yoxdur. Buraya gələndə təmiz hava ala bilərsən, bir də qaça bilərsən. Amma buna da şükür. Ən azından nəfəs ala biləcəyimiz geniş bir stadionumuz var".

© Sputnik / Irade JELILDəfələrlə stadionun bağlanması barədə məlumatlar yayılıb
Dəfələrlə stadionun bağlanması barədə məlumatlar yayılıb - Sputnik Azərbaycan
Dəfələrlə stadionun bağlanması barədə məlumatlar yayılıb

Qeyd edək ki, "Məhsul" stadionu həm də "Yasamal Rayon İdman-Sağlamlıq Kompleksi" adlanır və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeçiliyindədir. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, "Məhsul" stadionunun təmir olunması daim gündəmdə olsa da, vəsait çatışmazlığı ucbatından stadionun təmiri ləngiyir.

Ağamirov stadionun yerində çoxmərtəbəli binaların tikiləcəyi məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, stadion ərazisində hansısa binaların tikiləcəyi haqqında yayılan məlumatların heç bir əsası yoxdur: "Stadion təmir ediləndən sonra öz təyinatı üzrə fəaliyyət göstərəcək".

Xəbər lenti
0