Təcili yardım

Toyda kütləvi dava: Qız evi bəyin qardaşlarını xəstəxanalıq etdi

308
(Yenilənib 16:11 18.09.2017)
Salyanda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb.

BAKI, 17 sentyabr — Sputnik. Salyanda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində toyda kuryoz olay baş verib. Kütləvi davada bəyin yaxınları xəsarət alıb.

Bəyin qardaşları — 24 yaşlı İmanov Asif Ziyad oğlu, 32 yaşlı İmanov Rəşad Ziyad oğlu və əmisi 47 yaşlı İmanov Akif Zaman oğlu qız evinin adamları tərəfindən döyülüb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. A. İmanov ambulator müalicəyə buraxılıb, bəyin qardaşları isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırılma aparılır.

308
Teqlər:
kütləvi dava, toy, xəstəxana, Salyan rayonu, Salyan
Əlaqədar
Lənkəranda toyda kütləvi dava olub, xəsarət alanlar var
Qohumlar toyda dalaşdılar: qayın yeznəni döydü
Qusarda toyda "qanqaraçılıq" düşüb
Toyda dava düşdü, iki nəfər xəsarət aldı
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

7
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

7

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

40
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

40