Paytaxt Bakıda

Azərbaycana gələn gedəndən çoxdur

392
(Yenilənib 17:45 15.09.2017)
Cari ilin yanvar-iyul aylarında ölkədə 34281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib

BAKI, 15 sentyabr — Sputnik. 2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82380 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır. 

Cari ilin yanvar-iyul aylarında ölkədə 34281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

2017-ci ilin 7 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 32864 nikah və 8532 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gələn, 1002 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.

392
Teqlər:
Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan
Əlaqədar
Əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün ayrılan maliyyə artır
Azərbaycan əhalisinə təcili xəbərdarlıq edildi
Rəsmi qurumdan əhaliyə yönəlik xəbər
Rəsmi: Əhalinin 8 milyonu müflisdir
Dövlət başçısından əhalinin sağlamlığı naminə mühüm addım

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

8
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

8
Qədəbək

Sabah hava həlim olacaq

5
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

21
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə