Tapança və güllələr, arxiv

Lənkəranskinin adamları Qulinin "sağ əlini" öldürdülər - İlginc təfərrüat

4355
(Yenilənib 15:17 14.09.2017)
Rövşən Lənkəranskinin tərəfdarları öz əleyhdarları ilə bağlı "ov mövsümü"nü açıq elan ediblər, onların törətdiyi qətllər arasındakı interval isə çox qısadır

BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 11-də Tbilisidə öldürülən azərbaycanlı, sən demə 1975-ci il təvəllüdlü Elçin Məmmədov yox, kriminal avtoritet Elşən Əmircanski imiş. Bu barədə bir sıra KİV məlumat yayıb. Elşən Əmircanskinin öldürülməsi ilə hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən "qanuni oğru", kriminal dünyasında Lotu Quli kimi tanınan Nadir Səlifov öz sağ qolunu itirib. Əmircanski Səlifovun etibarlı adamlarından olub.

Bu barədə Sputnik Azərbaycan-a Gürcüstanın Azərbaycan diasporundakı etibarlı mənbə məlumat verib. Əmircanskinin hazırkı soyadı hələlik məlum deyil. Ehtimal var ki, Əmircanski cinayətin törədildiyi yerdə tapılan pasportda öz adını Elçin Məmmədov kimi yazdırıb.

Qeyd edək ki, qətl hadisəsi axşam saat 10.00 radələrində, Əmircanski Mirzə Fətəli Axundov muzeyinin yaxınlığındakı "Peris saxli" restoranından (bu restoranlar şəbəkəsi Gürcüstanda məşhurdur və onun əvvəlki adı "Çörək evi" olub-m.) çıxıb özünün yeni Toyota Land Cruiser 200 markalı avtomobilinə oturarkən törədilib.

Mercedes G-klass markalı avtomobillə gələn naməlum şəxs Əmircanskiyə tapançadan bir neçə atəş açandan sonra hadisə yerindən uzaqlaşıb və gizlənib.

"Şahidlərin sözlərinə görə, 5-6 dəfə atıblar. Hər iki tərəf silahlı olub. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Lakin müşahidə kameraları kriminal münaqişəni qeydə alıb. Hüquq-mühafizə orqanları istintaq sirrini gizli saxlamaq üçün bizə heç nə demirlər. Təkcə onu bilirəm ki, öldürülən şəxs azərbaycanlıdır və Gürcüstanda yaşamır. O, bir müddət əvvəl cinayət axtarışında olduğu Rusiyadan bura gəlib. O, Gürcüstanda gizlənirdi. Amma göründüyü kimi onu tapıblar və öldürüblər. Sonra evakuatorlar maşınları cinayətin törədildiyi yerdən götürüb" — deyə Sputnik Azərbaycan-a "Milli hərəkat" partiyasından majoritar qaydada Gürcüstran parlamentinə seçilmiş azərbaycanlı deputat Azər Süleymanov bildirib.

Bu hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108 (qəsdən adam öldürmə) və 236 (qanunsuz yolla odlu silah əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb. 

Eyni zamanda məlumdur ki, Əmircanski Azərbaycan vətəndaşıdır. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində o, 28 may metrostansiyasının yaxınlığındakı "Skorpion" ("Əqrəb") gecə klubunun sahibi olub. Əmircanskinin dayısı hazırda Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilib. KİV-in, eləcə də APA-nın məlumatlarına görə, "Elçin Məmmədov" adı əvvəllər 18 avqust 2016-cı ildə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətlində hallanıb.

Həmin mənbələrin məlumatına görə, Əmircanski sadəcə Lənkəranskinin öldürülməsində iştirak etməyib, onun fiziki cəhətdən aradan qaldırılmasına yardım əlini uzadıb. Bundan sonra Lənkəranskinin tərəfdarları onun intiqamını alacaqlarına and içmişdilər. Əmircanski ovlanacağı anı xeyli gözləməli olub.

Ehtimal var ki, Əmircanskinin qətlinin izləri bu yaxınlarda Odessada baş verən kriminal münaqişəyə aparıb çıxarır. Bu ilin may ayında Odessadakı Qaqarin küçəsində içərisində Gürcüstan əsilli iki azərbaycanlının — İlham Hacıyev və Oktay Arxalının olduğu Gürcüstan dövlət nömrə nişanlı BMW 5 markalı avtomobil atəşə tutulub. Onların hər ikisi yüngül yaralanıb: İlham kürəyindən, Oqtay isə əlindən. Onların hər ikisi Səlifovun etibarlı adamlarındandır. 

Tbilisidə baş verən sonuncu qətl hadisəsini kriminal dairələrə yaxın mənbələr həmçinin Sankt-Peterburqda fiziki cəhətdən məhv edilmiş 42 yaşlı Cabir Həsənovla əlaqələndirirlər. O, bu ilin 28 aprelində Lenin prospektində yerləşən №148 —li evdə qətlə yetirilib. C.Həsənov də Nadir Səlifovun etibarlı adamlarından olub. İlkin məlumatlara görə, Həsənov da Lənkəranskinin qətlində iştirak edib. Bu isə onu deməyə əsas verir ki, Canıyevin tərəfdarları öz əleyhdarlarını sifətdən tanıyırlar və onların aradan qaldırılması üçün "ov mövsümü"nü açıq elan ediblər.

Bunlara paralel olaraq Nadir Səlifovun klanından olanlar Rafiq Masallinski adı ilə məşhur olan "qanuni oğru" Rafiq Eyvazovu güllələyiblər. Səlifovun adamları Eyvazovla çox qəddarcasına davranıblar və ictimaiyyətə bildiriblər ki, bundan sonra günahkarları tapıb intiqamlarını alacaqlar.

4355
Teqlər:
Oktay Arxalı, İlham Hacıyev, Nadir Səlifov, Cabir Həsənov, Elçin Məmmədov, Azər Süleymanov, Sankt-Peterburq, Odessa, Gürcüstan, Rusiya
Əlaqədar
Məşhur "avtoritet" Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbri üstündə: "Bu böyük itkidir"
Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində
Polisdən Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı gözlənilməz açıqlama
Rusiyadakı kütləvi davada Rövşən Lənkəranski izi
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi
Məktəbdə dərs prosesi, arxiv şəkli

Müəllimlərin nəzərinə: Qiymətləndirmə qaydası açıqlandı

7
(Yenilənib 15:47 20.01.2021)
Bu barədə Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

BAKI, 20 yanvar — Sputnik. Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.

7
Teqlər:
Təhsil Nazirliyi, məktəbli, məktəb, müəllimlər, müəllim
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda koronavirus: rəqəmlər azalır

5
(Yenilənib 17:05 20.01.2021)
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

5
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Milyon damla qərənfil: Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTO

0
(Yenilənib 16:48 20.01.2021)
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur. Minlərlə insan 1990-cı ilin yanvarın 20-də Bakıda baş verən faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Hər il olduğu kimi, Ümumxalq Hüzn günündə minlərlə insan səhər saatlarından Şəhidlər Xiyabanında gedərək, günahsız qurbanların məzarlarına güllər qoyub. İnsanlar şəhidlərin xatirəsini yad etmək üçün onların məzarlarının qarşısında dayanıblar. Bu gün ümummilli faciə günü olmaqla yanaşı, həm də insanları birləşdirib. Kədər ilə yanaşı, insanlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanlarla qürur duyurlar.

Hər il olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu il Şəhidlər Xiyabanında hərbi formada olan insanların sayı ötən illərlə müqayisədə daha çox olub. Şəhidlərin xatirəsini Vətən müharibəsinin iştirakçıları da yad etməyə gəliblər.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Gəmilər fit verib, avtomobillər hərəkəti dayandırıb, hamı şəhidlərə ehtiramını nümayiş etdirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

0
  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.