Qax rayonunda gürcülərin qeyd etdiyi ölüləri ziyarətetmə mərasimi

Azərbaycanda qeyri-adi mərasim: ölülər gəlir, yeməklərin dadına baxır və…

12273
(Yenilənib 13:54 14.09.2017)
Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin maraqlı adət-ənənələri və fərqli mətbəxi mövcuddur. Bu xalqlardan biri də Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan ingiloylardır. Onlar ildə iki dəfə ölüləri ziyarətetmə mərasimini qeyd edirlər. Sputnik Azərbaycan-ın əməkdaşı Qax rayonunda ingiloyların qeyd etdiyi ölüləri ziyarətetmə mərasiminə qatılıb.

Ölüləri ziyarətetmə mərasimi
© Sputnik / Leyla Abdullayeva
Ölüləri ziyarətetmə mərasimi

Azərbaycan ərazisində yaşayan ingiloylar xristian dininə sitayiş edirlər. Onların dini düşüncəsinə görə, insanlar öləndən sonra o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər. Bu səbəbdən də, onlar qəbirüstə çıxma mərasimində, evdə hazırlanan yeməkləri, şirniyyatları, meyvə-tərəvəzi, müxtəlif şirələri, alkoqollu içkiləri özləri ilə aparıb doğmalarının qəbirlərinin üstünə düzürlər.

Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar. Standart olaraq, qəbir üstünə həm də plov, içliyi şordan hazırlanan gürzə (xəmir xörəyi – red.) və çaxır aparılır. Onlar düşünürlər ki, ölü gəlib həmin süfrədəki nemətlərin dadına baxır və sahibindən razı gedir.

Azərbaycan ərazisində yaşayan ingiloy-gürcülər xristian dininə sitayiş edirlər
© Sputnik / Leyla Abdullayeva
Azərbaycan ərazisində yaşayan ingiloy-gürcülər xristian dininə sitayiş edirlər

Mərasimin başlanğıcında qəbrin üstündə şamlar yandırılır. Sonra nemətlər qəbrin üstünə düzülür və saqmel tökmə mərasimi olur. Saqmel — şam ağacının üzərindəki yapışqan maddədən hazırlanır. Həmin sarı rəngli yapışqan yığılır, qurudulur, ovulur və istifadə olunur. Bu mərasim tərcümədə "ölünün adına duz tökmə" mərasimi adlanır.

Həmin saqmel, adətən çömçədəki közün üzərinə tökülür. Saqmel töküldükdən sonra, mütləq ölünün kişi qohumu əlində çaxır və ya araqla mərasimin açılışını elan edir. Bundan sonra hamı oturub yeyib-içir və evinə qayıdır.

Qax rayon Kötüklü kənd sakini Tina Babucaşvili həmin mərasimlə bağlı fikirlərini Sputnik Azərbaycan-ın əməkdaşı ilə bölüşüb. "Bu adət-ənənə bizə babalarımızdan qalıb. Biz bacardığımız qədər öz milli və dini adət-ənənələrimizi qorumağa çalışırıq" — o deyib.

"Bu mərasimi valideynlərimizdən bizə, bizdən də övladlarımıza ötürəcəyimiz ən dəyərli sərvət hesab edirik. Həmin gün bütün qohum-əqrəba bir yerə yığışır, görüşür və ölülərimizi yad edirik. Ölülərimizin ruhunu, onların xoşladıqları kimi süfrə açıb adlarına duz tökərək şad etdiyimizi düşünürük" – deyə Tina Babucaşvili bildirib.

Onların dini düşüncəsinə görə, adamlar öləndə bu dünyadan o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər
© Sputnik / Leyla Abdullayeva
Onların dini düşüncəsinə görə, adamlar öləndə bu dünyadan o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər

Bu mərasimdə iştirak edərkən, hiss etdik ki, ingiloylar hələ neçə nəsil bu adətlərini qoruyub saxlamağa çalışacaqlar…

12273
Teqlər:
ölü, mərasim, Zaqatala, Qax, qəbir, Azərbaycan
Əlaqədar
On iki yaşlı qeyri-adi istedad sahibi
Azərbaycanda 12 yaşlı qeyri-adi istedad sahibi
Məşhur olmaq istəyən Yevlax sakinindən qeyri-adi ixtira
Qeyri-adi beynəlxalq müsabiqə elan edilib
Binəqədi sakinləri məcburiyyətdən qeyri-adi addım atıblar
Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar