Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Britaniya paytaxtında "Qarabağ"sevərlərdən möhtəşəm aksiya

© Photo : Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətiLondonda "Qarabağ" futbol klubuna dəstək fləşmobu
Londonda Qarabağ futbol klubuna dəstək fləşmobu - Sputnik Azərbaycan
Abunə olmaq
Fləşmob Londonun mərkəzindəki "London Eye" çarxının yaxınlığında baş tutub

BAKI, 12 sentyabr — Sputnik. Londonda "Çelsi"-"Qarabağ" oyunundan əvvəl Azərbaycanın turizm potensialının təbliğatı məqsədilə fləşmob keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğatı Bürosu və XİN-in dəstəyi ilə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarından əvvəl London, Roma və Madriddə fləşmoblar keçiriləcək.

"Fləşmob Londonun mərkəzindəki məşhur "London Eye" çarxının yaxınlığında baş tutub. Fləşmob "Qarabağ" klubuna dəstək, həm də ölkəmizin turizm potensialının təbliği məqsədilə keçirilib" — Quluzadə deyib.

© Photo : Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətiLondonda "Qarabağ" futbol klubuna dəstək fləşmobu
Londonda Qarabağ futbol klubuna dəstək fləşmobu - Sputnik Azərbaycan
Londonda "Qarabağ" futbol klubuna dəstək fləşmobu

Fləşmobda onlarla gənc iştirak edib. Fləşmob Azərbaycan milli rəqslərinin sədaları altında keçirilib.

Fləşmob keçirilən ərazinin üzərində "AZERBAIJAN.TRAVEL & #VISIT BAKU" sözləri yazılmış "Qarabağ" FK-nın 10x20 ölçüdə futbolkası olub.

Quluzadə bildirib ki, oktyabrın 31-də Madriddə və dekabrın 5-də Romada da analoji tədbirlər olacaq.

Onun sözlərinə görə, "Qarabağ"ın bu qrup mərhələsində Bakıdakı ilk oyunundan əvvəl sentyabrın 27-də paytaxtda bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

 

Xəbər lenti
0