Şəhərin N.Nərimanov 36 ünvanında yaşayan sakinlər

Vətəndaşlardan ağır ittiham: "Kommunal ödənişlərimiz ikiqat hesablanır"

724
(Yenilənib 16:14 13.09.2017)
"Hər ay 20-25 manat ödədiyim su sərfiyyatı bildirişdə iki dəfə artaraq 42 manata yüksəlib"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Mingəçevir şəhəri şirin sulu "dənizin" sahilində yerləşsə də, şəhərin su ilə bağlı problemləri daim aktualdır. Şəhərin N. Nərimanov 36 ünvanında yaşayan sakinlərinin şikayəti bunu bir daha təsdiq edir.

Sakin Şahid Nəbiyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirir ki, Mingəçevir Su-Kanal İdarəsinin abonent şöbəsinin işçiləri sayğacın göstəricilərinə məhəl qoymur, onlardan göstəricidən əlavə vəsait tələb edirlər: "Sayğaclarımız normal işləyirdi. Gəldilər ki, yeniləməliyik. Yeniləyəndən sonra ilk bildiriş gələndə gözlərimizə inanmadıq".

"Hər ay 20-25 manat ödədiyim su sərfiyyatı bildirişdə iki dəfə artaraq 42 manata yüksəlmişdi. Sərfiyyatın birdən-birə niyə belə artması barədə suala heç kəs cavab vermək istəmir. "Azərsu" ASC-nin "qaynar xətt"inə zəng etdim. Mənə oradan bildirdilər ki, şikayətinizə 3-4 günə baxılacaq və sizə məlumat veriləcək. Dedikləri vaxt tamam olsa da, mənə heç bir məlumat vermədilər" — sakin qeyd edir.

İndiyədək heç vaxt borcunun yaranmadığını deyən Şahid Nəbiyev, xəstəliyi səbəbindən idarəyə gedə bilmədiyini, etdiyi telefon zənglərinə isə idarədən "hara istəyirsən, şikayət et" cavabının verdildiyini bildirir.

Şəhər sakini Şahid Nəbiyev
© Sputnik / Ilham Mustafa
Şəhər sakini Şahid Nəbiyev

Gülnarə Abdurəhmanova, Cahan Babayeva, Lətifə Baxışova, Simuzər Rəsulova və digər Mingəçevir sakinləri də bildirdilər ki, hesab fakturalarındakı göstəricilər istifadə etdikləri suyun real miqdarından 10, 20, 50 kub çoxdur.

Afaq Yusibova da mingəçevirlilərin içməli suya həsrət qalmalarından narazılıq edir: "Əvvəllər evimdə köhnə su sayğacı vardı. Həmin sayğacın göstərişinə əsasən, hər ay 3-4 manat su pulu ödəyirdim. Amma yeni tipli sayğac quraşdırılandan günüm qaradır. Suyu nə qədər qənaətlə işlətsəm də, bu sayğac hər ay 10-15 manat pul yazır".

"Xahiş edirik aidiyyəti qurumlardan ki, bu sayğaclardakı problemi aradan qaldırsınlar. İçməli su kimi istifadə etdiyimiz su texniki sudur. Mingəçevirlilər təmiz su üzünə həsrət qalıblar. Əgər pul verib su alırıqsa, onda bizə təmiz, içməli su versinlər" — o, əlavə edir.

Məsələ ilə bağlı Mingəçevir Su-Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Mustafa Kərimov Sputnik Azərbaycan-a açıqlamasında sayğaclarla bağlı sakinlərin şikayətlərinə aydınlıq gətirdi. Onun sözlərinə görə, işlədilən su sərfiyyatı yeni sayğaclar quraşdırıldıqdan təxminən 20 gün sonra idarənin balansına oturub.

Kommunal xidmət qəbzləri
© Sputnik / Ilham Mustafa
Kommunal xidmət qəbzləri

"Bu səbəbdən də, həmin su sərfiyyatı abonentlərin digər günlərdəki sərfiyyatına uyğun olaraq hesablanıb və bildiriş şəklində vətəndaşlara təqdim edilib. Lakin bəzi vətəndaşların bununla razılaşmırlar" — M. Kərimov bildirdi.

724
Teqlər:
Mustafa Kərimov, Mingəçevir Su-Kanal İdarəsi, şirin sulu, Mingəçevir şəhəri, sayğac, bildiriş, Sputnik Azərbaycan, içməli su, sakin, "Azərsu" ASC, borc
Əlaqədar
Elektrik sayğaclarının yanmasının səbəblərinə aydınlıq gətirildi
"Azəriqaz" sayğaclarda balansın artırılmasına limit tətbiq edib
Prezidentdən əhalinin su təchizatı ilə bağlı vacib sərəncam
Oğuzda insanlar heyvanlarla eyni yerdən su içir...
Su probleminin həlli üçün daha 4 milyon manat ayrıldı
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Azərbaycanlı qardaşlarımızın sayəsində Qarabağ səmasını ay-ulduz bəzəyir - Ərdoğan

1
(Yenilənib 19:25 05.12.2020)
"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi"

BAKI, 5 dekabr - Sputnik. "Ermənilər Azərbaycan torpaqlarına hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın imdadına yetişdik. Qarslılar bu erməniləri çox yaxşı tanıyırlar. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız və dil birliyimizin tələb etdiklərini gerçəkləşdirərək Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan Azərbaycan torpaqlarının azadlığına qovuşmasında bir zəhmətimiz oldu. Azərbaycanlı qardaşlarımızın mücadiləsi nəticəsində, həmd olsun, Qarabağ səmalarını əskilər deyil, ay-ulduzlu bayraqlar bəzəyir".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı ilə qatıldığı Sarıkamış-Karakurt-Xorasan yolunun açılış mərasimində söyləyib. 

"Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasıyla qardaşlarımızla birbaşa quru yolu əlaqəsi quracağıq", - deyən Ərdoğan əlavə edib ki, bu işdən ən çox faydanı da Qars görəcək. 

30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarına yenidən qovuşmasının haqlı sevincini yaşadığını vurğulayan Ərdoğan deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır. 

"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi mülki əhalini, yaşayış məntəqələrini hədəf alaraq deyil, legitimlik çərçivəsində gerçəkləşdirdi. Bu durumda bir gün əvvəl Minsk qrupu həmsədrlərindən olan Fransanın parlamentinin müzakirə elədiyi qətnamə qalmaqaldan da betər bir faciədir", - deyə Türkiyə lideri bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin: "Fransa, əgər erməniləri bu qədər çox sevirsə, özünün Marsel şəhərini onlara verə bilər" sözlərini xatırladan Ərdoğan heç bir dövlətin digərinin suverenliyinə bu dərəcədə alçaqcasına hücum etməsinin qəbul edilməyəcəyini söyləyib. 

1
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Qars, Türkiyə, Azərbaycan, Qarabağ
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik