CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin diqqətinə: Bakının bu yolu bağlanır

© Sputnik / Irade JELILBeşmərtəbə dairəsində bağlanmış yol
Beşmərtəbə dairəsində bağlanmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq

BAKI, 11 sentyabr — Sputnik. Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Bu, "Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.

"Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər" — deyə məlumatda qeyd edilib.

Xəbər lenti
0