26 adlı kafenin bağlanması, Bakı, 8 sentyabr 2017-ci il

Merin qəzəbi, "qanunsuz 26" cavab axtaran suallar

5545
(Yenilənib 15:08 16.09.2017)
Bu məqamlar, sadəcə suallar doğurur, şəxsi yanaşma, izahat-filan deyil

BAKI, 11 sentyabr — Sputnik. Durduğumuz yerdə bu hadisə nəyə lazım idi, yaxud da, ümumiyyətlə lazım idimi? Bizi düşündürən bu "lazım"lar deyil, işin başqa tərəfindəki lazımlı məqamlardır. O məqamlar ki, sadəcə suallar doğurur, şəxsi yanaşma, izahat-filan yox! Bu mənada, sualla başladığımız kimi, suallarla da davam edək:

Şəhər (rayon) icra hakimiyyətlərinin başçılarına bu qədər səlahiyyət vermək nə dərəcədə əşhədü zərurətdən doğur? Məsələn, nə boyda ölkəmiz, neçə yüz milyon əhalimiz var ki, buna nəzarət imkanı risklərlə dolu olsun?

Rayon (şəhər) rəhbərinin qeyri-məhdud səlahiyyəti, digər mərkəzi icra strukturlarının yerli şöbələrinin fəaliyyətini iflic vəziyyətə salmırmı? Məsələn, polis rəisi, prokuror (və s.), niyə öz yuxarı rəhbərliyinə, yoxsa icra başçısına hesabat verməli olduğunu ayırd etmək üçün baş sındırmalıdır? Bu ikili tabeçilik dəfələrlə gizli-aşkar qalmaqallara səbəb olmayıbmı?

Harada yazılıb ki, bir başçı, əlində heç bir məhkəmə hökmü olmadan, başının dəstəsi ilə, sahibkarlıq obyektinin üzərinə yürüşə çıxmalı, onu bağlatdırmalı və əmlakını müsadirə etdirməlidir? Ən xırda şriftlərlə də olsa, hansısa kitabçada buna dair qeyd varmı?

Yaxşı, bağlatdırmaqda qərarlıdırsa, yerli məhkəmədən balaca bir kağız çıxartdırmağa heçmi ehtiyac duymur? Guya, məhkəmə tələbini geri çevirəcəkdi?

Ayrıca, bu icra məmuru, ölkə Prezidentinin, yerli sahibkarlığa dəstək verilməsinə dair yazılı və şifahi göstərişlərinin Azərbaycan dilində verildiyindən xəbərsizdir, yoxsa ana dilimizdən? Əks halda, dövlət başçısının hər fürsətdə qaldırdığı bu məsələni yaddan çıxarmaq aşırı unutqanlıq deyilmi?

Deyək ki, adam ehtiyac bildiyini etdi, bilmədiyini də kənara atdı, bəs, gözündən heç nə yayınmayan (yaxud yayınmamalı olan) hüquq-mühafizə sistemi? Sahibkar özü sussa belə, məsələ ictimailəşər-ictimailəşməz, aidiyyəti qurumlar onun pozulan hüququnun müdafiəsi üzrə hərəkətə keçməli deyil?

Ya da məsələn, işıq pulunu ödəmədiyinə görə "Azərişıq" ASC istənilən dövlət qurumunu məhkəməyə verə bilər, amma İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verə bilməz?

Haydı, buna da kimsə risk etdi və şəhər (rayon) rəhbərini məhkəməyə verdi, hakim hansı dəyərə əsaslanıb qərar çıxaracaq: milli-mənəvi, yoxsa hüquqi? Birinciyə əsaslanacaqsa, məsələ yoxdur, birdən ikinciyə əsaslansa, həmin məhkəmə binasının özünün üzərindən hansısa "qanunsuz" rəqəm(lər) aşkarlanmayacağına inanmaq olarmı? Və ya hakimin öz nəslində bir nəfər belə, qeyri-azərbaycanlının olmaması faktı onun köməyinə çatacaq?

"Dəyər" demişkən, inzibati postun başında duran şəxsin siyasi bəyanat verməyə haqqı çatırmı? Ya da, sırf icraçı olan şəhər (rayon) rəhbəri, özünü "milli-mənəvi dəyər keşikçisi" kimi aparıb, əlindəki şüarla hüquq sisteminin təpəsinə-təpəsinə döyürsə, biz bunları anlamaq üçün məntiq elmini hansı kitabdan oxuyaq?

Və ya, buralarda baş verənləri dərk etmək üçün, ümumiyyətlə oxuyaqmı?…

5545
Teqlər:
səlahiyyət, icra başçısı, sahibkar, rayon, sual, məmur, şəhər
Əlaqədar
Yazıçı Anar "26" kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
Parlamentdə Hacıbala Abutalıbov "topa tutuldu"
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib
İcra başçısının qardaşı işdən çıxarıldı
Keçmiş icra başçısının sərəncamı ciddi problem yaradıb
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

3
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

3
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev
Koronavirus testi, arxiv şəkli

Xaricə gedənlərlə bağlı müəmma: hələ baş vaksinasiyaya qarışıb

5
(Yenilənib 13:05 16.01.2021)
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın” - Şahmar Mövsümov

BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə  baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.

5
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya