Yazıçı Anar

Yazıçı Anar "26" kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi

10544
(Yenilənib 13:05 11.09.2017)
AYB sədri: 26 rəqəmini "26 Bakı komissarı"nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

A.Rzayev "Report"a açıqlamasında deyib ki, H.Abutalıbova dərin hörməti var və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmir: "Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar".


Yazıçılar Birliyinin sədri hesab edir ki, "26" kafesinin adının "26 Bakı komissarı" ilə bağlı olması inandırıcı deyil: "Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, "26" rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir".

A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, "26" rəqəmi Azərbaycanda ləğv olunmayıb: "Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini "26 Bakı komissarı"nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.

Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə "23" qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.

O ki qaldı, "26 Bakı komissarı" adlı küçəyə onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin "26-lar"ın adını daşıyıb. Amma indi ayılıblar. Vaxtında ayılmaq lazım idi".

Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" — "Twenty six" adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.

H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib: "Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar. Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".

10544
Teqlər:
"26" kafesi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Azərbaycan Yazıçılar Birliyi, Anar Rzayev
Əlaqədar
Bakıda "26" qadağan olundu
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

3
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

3
Qulam Mustafa Xan, arxiv şəkli

"Hind kinosunun kadrarxası səsi" vəfat edib

4
(Yenilənib 18:00 18.01.2021)
Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.

Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.

Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.

4