CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Quba sakinləri təşviş içindədirlər

© Sputnik / Irade JELILZabratın su altında qalmış küçələri
Zabratın su altında qalmış küçələri - Sputnik Azərbaycan
Abunə olmaq
Qubada yağan leysan təkcə həyatı iflic etməyib, həm də sakinlərin əsas dolanışıq mənbəyini məhv edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Quba rayonunda iki gün əvvəl yağan leysanın törətdiyi fəsadları hələ də aradan qaldırmaq mümkün olmayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, elektrik dirəklərinin aşması nəticəsində bir neçə kəndə enerji ötürülməsi dayandırılıb və həmin kəndlər işıqsız qalıb. Hazırda "Azərişıq" ASC-nin Quba rayon şöbəsinin əməkdaşları kəndlərə enerji ötürülməsinin bərpası üçün iş aparır.

Xatırladaq ki, sentyabrın 7-dən 8-nə keçən gün Qubaya son illərin ən güclü yağışı yağıb. Güclü yağıntı nəticəsində Vəlvələçayda suyun səviyyəsi 2 metrə qalxıb.

Güclü sel Quba — Qonaqkənd yolunda qoruyucu beton bəndi dağıdıb. Afurca kəndində 20 ailənin yaşadığı Durahi adlanan yaşayış məntəqənin yolunu sel dağıdıb və nəticədə əhalinin nəqliyyatla gediş-gəlişi mümkünsüzləşib.

Leysan nəticəsində bir neçə ev su altında qalıb. Quba Fövqəladə Hallar Komissiyası selin vurduğu ziyanı dəqiqləşdirir.

Rayon camaatını isə təşvişə salan alma bağlarına dəyən zərərdir. Belə ki, yağan leysan nəticəsində bir sıra ağaclar qırılıb, meyvələr tökülərək yararsız hala düşüb. Əsas dolanışıq mənbəyi alma olan qubalılar məhsul yığımına az qalmış baş verən təbii fəlakətin onları qarşıdan gələn qış mövsümündə ac qoyacağı fikrindədirlər.

Xəbər lenti
0