CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanda nə baş verir: sakinlər etiraz edirlər

© pixabay / GregMontaniElektrik lampası, arxiv şəkli
Elektrik lampası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ətrafımızda bütün binaların işıqları yanır, təkcə "Real Co" şirkətinin tikdiyi 3 binaya enerji verilmir

BAKI, 8 sentyabr — Sputnik. "Real Co" şirkətinin Xırdalan şəhəri, Bakı Mühəndislik Universitetinin yanında tikdiyi binalarda 3 gündür elektrik enerjisinin verilməsi dayandırılıb. Amma enerjinin kəsilməsi borcla deyil, hansısa digər müəmmalı səbəblə bağlıdır.

Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, "Azərişıq" ASC ilə əlaqə saxlasalar da onlara bildirilib ki, sözü gedən əraziyə Ceyranbatan işıq idarəsi nəzarət edir: "Biz Ceyranbatala da əlaqə saxladıq. Bildirdilər ki, Ceyranbatanda qəza baş verib. Hazırda təmir işləri gedir və elektrikin verilməsi bərpa ediləcək. Amma 3 gündür ki, dedikləri qəzanın fəsadları aradan qaldırılmır. Ətrafımızda bütün binaların işıqları yanır. Amma təkcə "Real Co" şirkətinin tikdiyi 3 binaya enerji verilmir".

Elektrik enerjisinin kəsilməsi səbəbindən yaralananlar da olub. Sakinlərdən biri qaranlıqda yıxılıb, ayağı qırılıb.

Ərazidə yaşayanlar bildirilər ki, vəziyyət belə davam edərsə, aksiya keçirərək, haqlarını tələb edəcəklər.

Xəbər lenti
0