CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ermənilərin Azərbaycana gəlib-gəlməyəcəkləri onların özlərindən asılıdır"

© Sputnik / Murad OrujovHeydər Əliyev hava limanı
Heydər Əliyev hava limanı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Milli Məclisinin "Avronest" PA-da nümayəndə heyətinin təşəbbüsü ilə "Avronest" PA çərçivəsində sentyabrın 22-də ölkəmizdə konfrans keçiriləcək

BAKI, 30 avqust — Sputnik. Azərbaycan Milli Məclisinin "Avronest" PA-da nümayəndə heyətinin təşəbbüsü ilə "Avronest" PA çərçivəsində sentyabrın 22-də ölkəmizdə "Üç və beşinci dayanıqlı inkişaf məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" mövzusunda konfrans keçiriləcək.

Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

O, bildirib ki, tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

Erməni deputatların Azərbaycana gəlişi məsələsi ilə bağlı A.Təvəkküloğlu bildirib ki, erməni deputatların Azərbaycana gəlişi onların özündən asılıdır: "Qeyd etdiyim kimi, tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları iştirak edəcəklər. Onların gəlib-gəlməyəcəyi özlərindən asılıdır".

Xəbər lenti
0