Kokain, arxiv şəkli

DTX: 44 kiloqram narkotik tutulub

73
Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib

BAKI, 30 avqust — Sputnik. Cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir.

Sputnik Azərbaycan-ın Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr şöbəsinə istinadən məlumatına görə, narkotiklərin milli genofonda vurduğu ciddi ziyanla yanaşı, narkobiznesdən əldə edilən gəlirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.

Bildirilib ki, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınmasında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi işinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətin daim diqqət mərkəzindədir. Narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı digər hüquq mühafizə orqanları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mübarizə səngimədən aparılır, əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılır. Keçirilən tədbirlərlə cinayətkarlardan külli miqdarda müxtəlif növ ağır narkotik vasitələr götürülür.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci ilin hazırkı dövrünədək olan müddət ərzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsiredici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının və yayılmasının qarşısı alınıb. Faktlarla bağlı 11 cinayət işi başlanılıb, bu hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan Respublikasının 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Keçirilən baxışlar zamanı ayrı-ayrılıqda 14 kiloqram heroin, 14 kiloqram tiryək, 12 kiloqramdan artıq qurudulan marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb, eləcə də həmin şəxslərdən 1 ədəd “Makarov” tipli tapança və ona aid daraq, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.

73
Teqlər:
qanunsuz dövriyyə, narkotik vasitələr, psixotrop maddələr, Dövlət Təhlükəsizliyi Xidməti
Əlaqədar
Qonşu rayonda narkotik satmaq istərkən saxlanıldı
Küllü miqdarda narkotik vasitə aşkar edildi
"Narkotik çəkmək üçün sulu qəlyandan istifadə edirlər"
Artıq bu maddələr də narkotik sayılacaq
Narkotik vasitələrlə bağlı qanuna dəyişiklik edilə bilər
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

4
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

4
Gənclər və İdman naziri Azad Rəhimov, arxiv şəkli

Gənclər İdman naziri Azad Rəhimovdan xəbər var

34
(Yenilənib 12:02 23.01.2021)
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.

"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.

Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

34