Лавка с орехами на Тезе базаре в Баку

Qoz-fındığın az bilinən 5 faydası

148
Elmi araşdırmalar sübut edib ki, 1 ovuc çərəzin gündəlik istehlakı arıqlamağa kömək edir

BAKI, 29 avqust — Sputnik. Mütəxəssislər qoz, fındıq, badam, püstə, keşyu və s. çərəzlərini daim ən faydalı məhsulların siyahısına daxil edirlər.

Çərəzlər beyin və ürək üçün çox faydalıdır, immun sisteminə müsbət təsir edir, kişilərdə potensiyanı artırır.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən çərəzlərin bəzi az bilinən faydalarını təqdim edir:

1. Güclü əzələlər üçün

Çərəzlər əzələ toxumasının artmasına kömək edir, əzələlərin travmalardan sonra bərpasını sürətləndirir. Bu səbəbdən mütəxəssislər əzələ toxumasını artırmağa çalışan insanlara, bodibilderlərə daim çərəzləri qidalanmaya daxil etməyi tövsiyə edirlər.

2. Yaxşı yaddaş üçün

Stress, xroniki yorğunluq, beyində yaşla əlaqədar gedən dəyişikliklər yaddaşın pozulmasına səbəb olur. Elmi araşdırmalar sübut edib ki, çərəzlər və xüsusilə qoz yaddaşı gücləndirir. Alimlər yaddaşı və ümumiyyətlə beyinin fəaliyyətini yaxşılaşdırmaq üçün hər gün 5-6 qoz ləpəsini yeməyi tövsiyə edirlər.

3. Ağrıları azaldır

Amerika alimləri sübut ediblər ki, çərəzlər spazmla bağlı olan ağrıları azaldır.

4. Hamilə qalmağa kömək edir

E vitamini ilə zəngin olan çərəzlər kişi və qadının cinsiyyət sisteminə çox müsbət təsir edir. Avstraliya ginekoloqları hamilə qalmaq istəyən qadınlara hər gün 1 ovuc çərəz yeməyi tövsiyə edirlər.

5. Arıqlamağa yardım edir

Elmi araşdırmalar sübut edib ki, 1 ovuc çərəzin gündəlik istehlakı arıqlamağa kömək edir. Çərəzlər iştahanı azaldır, insanı uzun müddət ərzində tox saxlayır.

148
Teqlər:
fayda, çərəz, püstə, badam, fındıq, qoz
Əlaqədar
Qarpızın bilmədiyiniz 6 faydası
Göz yaşlarının inanılmaz faydaları
Kompüter oyunlarının ziyanları və faydaları
Bu çayın da faydaları ilə tanış olun
Bir meyvədə bu qədərmi fayda varmış...