Ford F-150 pikapı,, arxiv şəkli

Dünyada ən çox satılan avtomobil modelləri

847
2017-ci ilin ilk altı ayında dünyanda ən çox satılmış 20 avtomobil modeli

BAKI, 29 avqust — Sputnik. "JATO Dynamics" Bazar araşdırma şirkəti, 2017-ci ilin ilk altı ayında dünyada ən çox satılan avtomobil modellərini açıqlayıb

Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, "JATO Dynamics" ardıcıllığı  51 bazardan topladığı məlumatlara əsasən tərtib edib.

2017-ci ilin ilk altı ayında dünyanda ən çox satılmış 20 avtomobil modeli

20. Volkswagen Jetta

Dünya miqyasında Jetta adı ilə bərabər, Bora, Sagitar və Vento markaları ilə satılan model ilk altı ayda 249 min ədəd satılıb. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azdır.

19. Mercedes C Seriyası

İlk altı ayda 258 min ədəd satılıb. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 15.8 faiz çoxdur.

18. Hyundai Tucson

Keçən ilin eyni dövrü ilə müqayisədə 10.8 faiz azalma ilə 258 min ədəd satılıb.

17.Toyota Camry

Keçən ilin eyni dövrü ilə müqayisədə 8.8 faiz azalma ilə 277 min ədəd satılıb.

16. Hyundai Elentra

Keçən ilin eyni dövrü ilə müqayisədə 19.2 faiz azalma ilə 292 min ədəd satılıb.

15. Chevrolet Silverado

Keçən ilin eyni dövrü ilə müqayisədə 2.7 faiz azalma ilə 296 min ədəd satılıb.

14. Volkswagen Polo

Keçən ilin eyni dövrü ilə müqayisədə 4.1 faiz azalma ilə 298 min ədəd satılıb.

13. Wuling Hongguang

Keçən ilin eyni dövrü ilə müqayisədə 15.7 faiz azalma ilə 301 min ədəd satılıb.

12. Ford Kuga

Keçən ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz artımla 316 min ədəd satılıb.

11. RAM Pick-up

Keçən ilin eyni dövrü ilə müqayisədə9.9 faiz artımla 316 min ədəd satılıb.

10. Ford Focus

Keçən ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz azalma ilə 335 min ədəd satılıb.

9. Honda CR-V

Keçən ilin eyni dövrü ilə müqayisədə  3.3 faiz artımla 338 min ədəd satılıb.

8. Volkswagen Tiguan

Keçən ilin eyni dövrü ilə müqayisədə 48.3 faiz artımla 344 min ədəd satılıb.

7. Honda HR-V

Keçən ilin eyni dövrü ilə müqayisədə  3.0 faiz artımla 364 min ədəd satılıb.

6. Toyota Rav4

Keçən ilin eyni dövrü ilə müqayisədə  11.2 faiz artımla 367 min ədəd satılıb.

5. Honda Civic

Keçən ilin eyni dövrü ilə müqayisədə 24.9 faiz artımla 387 min ədəd satılıb.

4. Nissan X-Trail

Keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artımla 410 min ədəd satılıb.

3. Volkswagen Golf

Keçən ilin eyni dövrü ilə müqayisədə  7.3 faiz azalma ilə 430 min ədəd satılıb.

2. Toyota Corolla

Satışları ilk altı ayda ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 faiz azalma ilə 472 min olub.

1. Ford F Series

Fordun pick-up modeli F seriyası dünyada ən çox satılan avtomobil olub. İlk altı ayın nəticələrinə görə, modeldən dünya üzrə 519 min ədəd satılıb.

847
Teqlər:
"JATO Dynamics", ən çox satılan, model, avtomobil
Əlaqədar
Avtomobilə qulluq qaydaları
Uçan avtomobilin təqdimatı olub
Alman markalı dizel avtomobili olanlara şad xəbər
Dünyanın ən bahalı avtomobili təqdim olundu
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Prezident İlham Əliyev, arxiv şəkli

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

11
(Yenilənib 21:06 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

11
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

16
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

16
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması