Железнодорожные рельсы, фото из архива

Gücləndirilmiş rejiminə keçilir

21
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir

BAKI, 29 avqust — Sputnik. Qurban bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. Buna görə də, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq: "Belə ki, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Eyni zamanda Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək".

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

21
Teqlər:
sərnişin qatarları, Qurban bayramı, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, gücləndirilmiş iş rejimi
Əlaqədar
Azərbaycan və İran dəmiryolları 2016-cı ildə birləşəcək
Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib
Dəmir yollarında "pul silinməsi" faktı üzə çıxdı
Azərbaycan dəmir yolları rəqəmlərdə
“Azərbaycan Dəmir Yolları” Nəqliyyat nazirliyinə tabe olmayacaq