Qurbanlıq heyvanlar

Qurbanlıq heyvanları bu satış nöqtələrindən ala bilərsiniz

55
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar açıqlanıb

BAKI, 29 avqust — Sputnik. Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar məlum olub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabr ayının 1-i səhər saat 9:00-dan etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Yarmarkanı Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri birlikdə təşkil edəcək. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi 26 Keşlə bazarınınyanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8) və Yasamal rayonunda (Şərifzadə küçəsi 196 "İdeal" şadlıq sarayının həyəti) təşkil olunacaq.

55
Teqlər:
satış, yarmarka, Kənd Təsərrüfatı Nazirliyi, qurbanlıq heyvanlar
Əlaqədar
Nazirlikdən xəbərdarlıq: Hadisə Qurban bayramı günü baş verəcək
Qurban bayramı ilə bağlı əmr gəldi
Qurban bayramı münasibətilə fətva verildi
Qurban bayramında qeyri-iş günlərinin sayı artırılır