CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yaşamağın şərtləri ağırlaşır

© Sputnik / Murad OrujovВид на Flame Towers в Баку
Вид на Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Meqapolis böyüdükcə, sıxlaşdıqca, problemləri də çoxalır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Bakı böyüdükcə, hamımız ətraf mühitin "səs basqısı"na məruz qalırıq. Ekspertlər bildirirlər ki, ard-arda inşa edilən binalar, təmir işləri, avtomobillərin mühərriklərinin səsi, ətrafda olan kafe və restoranlardan gələn səs-küy insan orqanizmi üçün təhlükəlidir. Mütəxəssislərə görə, daimi müxtəlif səslərə məruz qalan insanın psixologiyası pozulmaqla yanaşı, digər fizioloji problemlər də yarana bilər.

Загрязненный пылью воздух в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Bakını niyə toz dumanı bürüyüb - rəsmi açıqlama

Ekoloq Vaqif Əliyevin Sputnik Azərbaycan-a şərhinə görə, sənayeləşmə və texnologiyanın inkişafı ilə ortaya çıxan problemlərdən biri də səs çirkliliyidir: "Gurultu deyilən səs çirkliliyi — istənilməyən və dinləyənə heç bir məna verməyən səslər və insanı narahat edən nizamsız və yüksək səslərdir. Səs çirkliliyinin əsas səbəbləri sənayeləşmə, plansız şəhərləşmə, əhali artımı, iqtisadi çatışmazlıqlar və eyni zamanda insanların gurultu və gurultunun yaratdığı problemlər haqqında məlumatsız olmasıdır".

Səs çirkliliyi insan səhhəti üçün zərərlidir. Belə ki, insanlarda müşahidə edilən stressin önəmli qaynağı səs çirkliliyidir. Ani olaraq yaranan gurultu insanın nəbzində, təzyiqində, tənəffüsündə, metobolizmində, görmə qabiliyyətində müəyyən problemlərə yol açır.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, ətraf mühitin səs çirkliliyi insan psixologiyasına mənfi təsir edir: "Diqqət dağılır, sinir sistemi pozulur. Güclü səsin təsirindən baş ağrısı və baş gicəllənmə, müvəqqəti və daimi karlıq yarana bilər, əmək qabiliyyəti azalır və belə insanlarda yüksək səslə danışmaq vərdişi meydana çıxa bilər".

Səs çirkliliyinin fizioloji təsirləri də az deyil. Güclü səsə məruz qalan şəxslər əsəbi, narahat, gərgin olurlar. Bu narahatlıqlar gurultu bitəndən sonra da davam edir. Terapevt Mətanət Cəfərovanın sözlərinə görə, güclü səs əmək qabiliyyətinə də təsir edir. Gözlənilməyən səs əmək qabiliyyətini də zəiflədir. Bunun nəticəsində yuxusuzluq, miqren, ürək çatışmazlığı kimi əhəmiyyətli problemlər ortaya çıxa bilər. Ancaq ən önəmli problem qulaqda yaranan problemdir.

Вид на Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib

Səs çirkliliyi zamanı səsin gücü desibellə ölçülür. İnsan üçün 35-65 desibel normaldır, 65-90 desibel səsə mütəmadi olaraq məruz qalmaq insanın eşitmə qabiliyyətinə mənfi təsir edir, 90 desibeldən yüksək səs isə insan üçün təhlükəlidir.

Özümüz istəməsək də, çox zaman yüksək desibelli və davamlı səslərə məruz qalırıq. Qonşuların təmir işləri, ətrafda fəaliyyət göstərən obyektlərdən gələn səslər, avtomobil səsləri və s. əsəblərimizə toxuna bilər. Ancaq təəssüf olsun ki, qanunda səslərdən narahat olan insanların hüquqları nəzərə alınmayıb.

Qonşuluq hüququ Azərbaycan Respublikasında Mülki Məcəllə ilə tənzimlənir. Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, məcəllənin 171 maddəsində qeyd edilir ki, torpaq sahəsinin və digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin təsirini öz sahəsinə qadağan edə bilməz.

"Ancaq bu hallar əhəmiyyətli dərəcədə qonşunun hüququnu pozursa, ona maddi və mənəvi zərər vurursa, dəymiş zərəri məhkəmə qaydası ilə tələb edə bilər. Müvəqqətidirsə, qonşunuza dözməlisiniz" — hüquqşünas bildirir.

Həmidli əlavə edir ki, bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsində qeydlər var: "Belə ki, Məcəlləyə görə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə həmin şəxslərə xəbərdarlıq edilir. Əks halda onlar 10-15 manat məbləğində cərimə olunur".

Xəbər lenti
0