BAKI, 22 avqust — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda avtobus sürücüsü və sərnişinləri silahla hədələyən şəxs barəsində birgə məlumat yayıb.
Sputnik Azərbaycan-a daxil olan məlumatda qeyd olunur ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, avqustun 16-da saat 22 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmiloğlu 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlanılmamasına görə marşrutun sonuncu dayanacağına gəlib avtobusa daxil olaraq sürücü ilə mübahisə edib ona hədə qorxu gəlib, daha sonra üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı nümayiş etdirərək qərəzli xuliqanlıq hərəkətləri törədib hadisə yerindən uzaqlaşıb.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində O.Orucov avqustun 22-də şübhəli şəxs qismində tutulub, üzərinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
İş üzrə müvafiq ekspertizalar təyin edilən və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqın gedişində, O.Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib sonuncunun atası Ağa Məmmədovun 16500 manat pulunu ələ keçirməklə dələduzluq etməsi müəyyən edilib.
O.Orucovun əməlləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.
O.Orucov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.