Ресторан быстрого питания Макдоналдс

“McDonald's”lar bağlandı

1242
Münaqişə nəticəsində 6700 nəfərin işsiz qalacağı gözlənilir

BAKI, 22 avqust — Sputnik. "McDonald's" şimal və şərq Hindistandakı bütün restoranlarını bağlayıb. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, 169 restoran françayzinq almış "Connaught Plaza" şirkəti ilə "McDonald's" arasındakı münaqişə səbəbindən bağlanıb.

"Connaught Plaza"nın rəsmisi Vikram Bakshi "McDonald's"a qarşı bütün qanuni hüquqlarından istifadə edəcəklərini bildirib.

"McDonald's" firmadan 15 gün ərzində restoranlarından "McDonald's"a aid bütün vizualları götürməyi tələb edib.

İki qurum arasındakı münaqişənin səbəbi bilinmir. Münaqişə nəticəsində 6700 nəfərin işsiz qalacağı gözlənilir.

1242
Teqlər:
Connaught Plaza, McDonald's, bağlanma, restoran, Hindistan
Əlaqədar
"McDonalds"da nahar edən hərbçilərin silahları oğurlandı
"McDonalds" restoranında ölüm