Yuxusuzluq

Az yatan insanın bədənində baş verir?

140
(Yenilənib 12:51 22.08.2017)
Yuxu ilə bağlı problemləriniz varsa, mütləq həkimə müraciət edin

BAKI, 21 avqust — Sputnik. İnsan həyatın 1/3 hissəsini yuxuda keçirir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən yaxşı yuxu insan sağlamlığı üçün ən vacib amillərdən biridir.

İnsan daim az və pis yatırsa (yuxuya gedə bilmir, gecə tez-tez oyanır və s.) bu onun sağlamlığına ciddi mənfi təsir edir, bəzi xəstəliklərin inkişafı riskini artırır.

1. Az yatan insanın beyinin fəaliyyəti pozulur, diqqət və yaddaşı zəifləyir.

2. Sübut olunub ki, normal yuxu insanın immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. Yuxu zamanı immun sistemimiz bərpa olunur, virus və infeksiyalarla mübarizə aparan T-limfositlərin sayı artır.

3. Az yuxu artıq çəkinin yığılmasına səbəb olur. Yuxusuzluq qrelin hormonunun (aclıq hormonu) ifrazını stimullaşdırır ki, insan özünü daim ac hiss edir.

4. Daim az yatan insanın psixikasında ciddi dəyişikliklər baş verir, depressiya, nevroz, nevrasteniya kimi pozulmaların riski artır.

5. Yuxunun az olması şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.

Bu səbəbdən yuxu ilə problemləriniz varsa, mütləq həkimə müraciət edin.

140
Teqlər:
yuxusuzluq, sağlamlıq, xəstəlik
Əlaqədar
Qorxulu yuxular beyin xəstəliyinin əlamətidir
"Yuxum"a 400 nəfər gəldi
Yuxusuzluq problemi olanlar bu xəbəri mütləq oxusun
Yuxusuzluq beynin fəaliyyətini pozur
Pilotlar təyyarədə yuxuladılar