CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonda çoxmənzilli binalar tanınmaz hala salınıb

© Sputnik / Ilham MustafayevQazaxda restavrasiya olunmuş yaşayış binası
Qazaxda restavrasiya olunmuş yaşayış binası - Sputnik Azərbaycan
Abunə olmaq
Yararsız hala düşmüş, dam örtüyü sıradan çıxmış, dəhliz və blokları acınacaqlı vəziyyətdə olan 80-dən artıq çoxmənzilli binada işlər yekunlaşıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Son bir il ərzində Qazax günü-gündən gözəlləşərək, Respublikanın ən inkişaf etmiş, abad və gözəl rayonlarından birinə çevrilməkdədir. Rayon ictimaiyyəti bu inkişafı, ötən ilin mayında rayon icra hakimiyyətinin başçısı təyin edilən Rəcəb Babaşovun işgüzarlığı və bacarığı ilə əlaqələndirir.

Sakinlərin Sputnik Azərbaycan-a danışdıqlarına görə, məhz Babaşovun gəlişindən sonra, qısa zamanda Qazaxda illərlə görülməmiş və yarımçıq qalmış işlər görülməyə başlayıb. Buna əyani misal olaraq fermer təsərrüfatının yaradılması, xalçaçılıq müəssisənin yenidən tikilməsi, bərbad halda olan Kosalar, Çaylı, Hüseyinbəyli kəndlərinin yol infrastrukturunun yenidən qurulması, Şəhidlər Xiyabanının əsaslı təmiri, 2013-cü ildə söküldükdən sonra inşası dayandırılan Mərkəzi Xəstəxananın inşasına yenidən başlanması və rayon ictimaiyyətinin rəğbətlə qarşıladığı bir çox işləri sadalamaq olar.

Bütün bunlara əlavə olaraq onu da demək olar ki, bu rayonda köhnə binalar tamamilə tanınmaz hala salınıb. Belə ki, bir neçə ay öncə olduqca yararsız hala düşmüş, dam örtüyü sıradan çıxmış, dəhliz və blokları miskin bir görkəm bağışlayan, balkonları və fasad hissəsi acınacaqlı vəziyyətdə olan 80-dən artıq çoxmənzilli binanın əsaslı şəkildə təmirinə başlanıb və böyük bir qismində işlər artıq yekunlaşıb.

© Sputnik / Ilham MustafayevQazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb - Sputnik Azərbaycan
1/9
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb
© Sputnik / Murad OrujovQazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb - Sputnik Azərbaycan
2/9
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb
© Sputnik / Ilham MustafayevQazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə görüşüb - Sputnik Azərbaycan
3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9

Qazax Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Prezident İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, 24 çoxmənzilli binada təmir işləri aparılıb və uğurla başa çatdırılıb. Bundan əlavə isə, daha 15 çoxmənzilli binada da təmir işləri görülərək sakinlərin istifadəsinə verilib.

"Həmçinin, dövlət proqramına uyğun olaraq, təmiri nəzərdə tutulmuş 34 çoxmənzilli binada da təmir işləri tam başa çatdırılib. Əlavə olaraq 7 binanın təmir olunması nəzərdə tutulub ki, onlardan 5-də hazırda işlər davam etdirilir. 2 binada isə təmir işlərinə yaxın günlərdə başlanacaq" — qurumdan bildirilib.

Əlavə olunub ki, təmir işləri çərçivəsində binaların dam örtüyündə, fasad hissəsində, dəhliz və bloklarda təmir işləri görülüb: "Eyni zamanda, binaların giriş hissəsinə dəmir qapılar qoyulub. Təmir edilən binaların həyətlərinə işıq çəkilib. Əlavə olaraq çınqıl döşənərək hamarlanıb".

İcra başçısı Rəcəb Babaşov bu günlərdə, təmir işləri ilə məşğul olan aidiyyatı təşkilatların rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri ilə birlikdə, təmir işləri ilə tanış olmaq üçün şəhərdəki çoxmənzilli binalarda olub. İş prosesi ilə yaxından maraqlanan icra başçısı bütün binalara baş çəkib. Təmir işləri ilə yaxından tanış olaraq aidiyyatı qurumların rəhbərlərinə öz tapşırıq və tövsiyələrini verib.

Təmir edilən binaların sakinləri ilə də görüşən R. Babaşov, onların da arzu və təkliflərini dinləyib. Sakinlər də öz növbəsində aparılan təmir işləri ilə əlaqədar əziyyəti keçən hər kəsə öz minnətdarlıqlarını bildirib, 50-60 ildir yaşadıqları və heç vaxt ümumi təmir olunmayan binalarının, sanki yenidən inşa olunduğunu söyləyiblər.

Xəbər lenti
0