Президент Азербайджана Ильхам Алиев

İlham Əliyev Göygölə səfər edib

186
(Yenilənib 17:06 19.08.2017)
Prezident Göygöl rayonunda “Çiçəkli” Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsində iştirak edib

BAKI, 19 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfər edib. Sputnik Azərbaycan-ın prezidentin saytına istinadən xəbər verir ki, prezident əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Prezident İlham Əliyev Göygöldəki  Qələbə parkında yaradılan şəraitlə tanış olub, yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısına Qəbələ parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib. Prezident parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Dövlət başçısı Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Azərbaycan prezidenti Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 mVt-luq “Çiçəkli” Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsində də iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib. Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.

İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib. Dövlət başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış olub.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

186
Teqlər:
açılış, Etibar Pirverdiyev, kənd təsərrüfatı naziri Heydər Əsədov, səfər, Göygöl, İlham Əliyev
Əlaqədar
İlham Əliyev Lütfi Zadənin Azərbaycanda dəfninə yardım göstərəcəyini bildirib
İlham Əliyevdən ölkədən valyuta axını ilə bağlı tapşırıq
İlham Əliyevdən önəmli mesajlar
İlham Əliyevdən vətəndaşlara müjdə
İlham Əliyev daha bir rayona səfər edib