Девушка на пешеходном переходе в Баку

Yol qəzalarının 67 faizi ....

43
Bakı şəhər üzrə ən böyük problem sürücü-piyada münasibətlərində gərginliyin davam etməsidir

BAKI, 19 avqust — Sputnik. "Paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlər üzrə 80-ə yaxın yeraltı, yerüstü piyada keçidləri var. Bu gün bu keçidlərin tikilməsi davam edir".

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hadisələri təhlil edərkən piyadaların vurulması halları çoxluq təşkil edir. Belə ki, avtomobil qəzalarının 67 faizini piyada vurmalar təşkil edir ki, əksər qəzalar piyada keçidlərinin yaxınlığında baş verir: "Bu da sürücü diqqətsizliyi və piyada səhlənkarlığından irəli gəlir. Bakı şəhər üzrə ən böyük problemimiz sürücü-piyada münasibətlərində gərginliyin davam etməsidir. Piyada zolaqları ilə, avtomobil yollarının kəsişdiyi yollarda pik saatlarda süni sıxlığın yaranmaması üçün piyadalar sürücüləri, sürücülər də piyadaları başa düşməlidir. Hal-hazırda bu proses sürücülər tərəfindən yüksək səviyyədə yerinə yetirilir, amma piyada ayağını yola qoyan kimi sürücü dayanır".

V. Əsədov bildirir ki, piyadalar tərəfindən yolu keçərkən, qulaqcıq, telefon, diqqət yayındıran digər vasitələrdən istifadə edilir. Piyadaların sağa-sola baxmadan "avtomobil məni görməlidir" düşünərək hərəkət etmə faktları çoxluq təşkil edir: "Buna görə də biz fəaliyyəti gücləndirməliyik. Piyadalar diqqətli olmalı, xüsusi piyada zolaqlarından keçməli, keçərkən yola diqqət etməli, işıqforun işıqlarına diqqət etməli, yeraltı və yerüstü keçidlərdən istifadə etməlidir".

Əsədovun sözlərinə görə, ölkədə yol infrastrukturu inkişaf etdiyi üçün artıq 120-lik yollar var. Aeroport yolu, kənar dairəvi yol, Bakı-Hövsan beton yolu 120-lik yoldur. Bu da ölkədə müasir avtomobil yollarının olması deməkdir. Və buna görə də piyadalar diqqətli olmalıdır.

43
Teqlər:
piyada keçidi, polis polkovniki Vaqif Əsədov, sürücü, qəza
Əlaqədar
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi
Yol polisinin reydləri nə dərəcədə qanunidir?
Bakı Şəhər Dövlət Yol Polisindən: "Gelandewagen" qəzasının videosu pozulmayıb
Yol polisi sürücülərə müraciət etdi
Yol polisini vurdular