Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Gelandewagen"in "avtoş" sahibi məşhur modelin sevgilisi imiş

© Flickr / dominicsicoliMercedes Gelandewagen
Mercedes Gelandewagen - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günlərdə avtoxuliqanlığı ilə gündəmə gələn məşhur yeni sevgilisi ilə şəkil çəkdirərək Instagrama qoyub

BAKI, 18 avqust — Sputnik. Azərbaycanlı repsevərlərin də kumiri olan tatar əsilli reper Timati (Timur İldar oğlu Yunusov) üç gün əvvəl (15 avqust) 34 yaşını qeyd edib. Monte-Karloda keçirilən ad günü gecəsinə Black Star şirkətinin sahibinin ən yaxın dostları, eləcə də onun sevgilisi, Rusiya gözəli, məşhur model Anastasiya Reşetova da qatılıb. Cütlük dəfələrlə birlikdə tədbirlərə getsələr də, birlikdə fotoşəkil çəkdirməyiblər və münasibətlərini açıb-ağartmayıblar. Onlar kütlə qarşısına birlikdə yalnız Muz TV-nin mükafatlandırma mərasimində çıxıblar. Ondan sonra isə hətta belə məlumat yayılmışdı ki, sevgililər ayrılıblar.

Timati ad günündə sevgi romanını rəsmən etiraf etmək qərarına gəlib. Gecənin bütün qonaqlarının yer aldığı və Reşetovanın da sağında dayanaraq çəkdirdikləri şəkli Timati Instagram hesabında paylaşıb. Bundan sonra Anastasiya Timati ilə birgə şəklini paylaşıb. Bu fotoda reperlə model qucaqlaşan vəziyyətdədirlər. Şəklin yanında yazdığı postda isə Anastasiya bir neçə ürək işarəsi qoyaraq izləyicilərinə bildirib ki, bunu sevginin etirafı da hesab edə bilərlər.

Artistin bir neçə pərəstişkarı bildirib ki, nəhayət cütlük öz münasibətlərini aşkara çıxardılar. Timati və onun keçmiş sevgilisi, qızı Alisanın anası Alyona Şişkova reperin Reşetova ilə əlaqələrinə dair kompromisə gəliblər. Alyona təkcə keçmiş boy-friendinin ad günündə iştirak etmək üçün Monte-Karloya uçmayıb, həm də ümumi fotoda onun yeni ehtirası ilə bir arada dayanıb.

İki ay əvvəl isə situasiya tamamilə başqa cür idi: Muz TV-nin mükafatlandırma mərasiminin təşkilatçıları Şişkovanı Timati və Reşetova ilə ayrı-ayrı bölgələrdə oturtmuşdular ki, onlar zala eyni yerdən daxil olmasınlar. 

Model Anastasiya Reşetova və reper Timati
Model Anastasiya Reşetova və reper Timati - Sputnik Azərbaycan
Model Anastasiya Reşetova və reper Timati

Xatırladaq ki, bu günlərdə tatar əsilli reper öz "Gelandewagen"i ilə axtoxuliqanlıq etməsi ilə gündəmə gəlmişdi.

Sputnik Azərbaycan-ın yazdığına görə, sosial şəbəkədə Moskvanın Şeremetyevo aeroportu ərazisində avtoxuluqanlıq edən iki qara "Gelandewagen"lə bağlı video yayımlanıb.

Kadrlarda avtomobillər səkilərlə şütüyür və bir neçə piyadalar üçün nəzərdə tutulmuş ərazidən keçid üçün istifadə edirlər.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə sözügedən avtomobillərin məşhur reper Timatiyə mənsub olduğunu bildiriblər.

Bəziləri qeyd ediblər ki, həmin xarici avtomobillər Black Star Mafia layihəsinin iştirakçılarından birinə məxsus ola bilər. Amma majorka_777 adlı istifadəçi yazıb: "Onun bütün maşınlarının nömrələrini bilirəm". Majorka videodakı maşınların Timatiyə məxsus olduğunu təsdiqləyib.

Xəbər lenti
0