Bakıda taksi, arxiv şəkli

"Mən çörək qazanıram" ifadəsi məsuliyyətdən azad edir?

154
(Yenilənib 14:13 18.08.2017)
"Mən çörək qazanıram", "Mən filankəsəm", "Görmədim, bilmədim" kimi ifadələr XIX əsrin ifadələridir.

BAKI, 18 avqust — Sputnik. "Avtobus dayanacaqlarını zəbt etmək olmaz. Taksi sürücüləri çox zaman çörək pulu qazanmaq üçün avtobus duracaqlarını zəbt edirlər". Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Əsədov bildirir ki, avtobus duracaqlarının zəbt edilməsi qayda pozuntusu ilə olmaqla yanaşı, sərnişin qismində olan piyadaların hüququnun pozulması deməkdir: "Avtobus duracaqlarının zəbt edilməsi ictimai nəqliyyatı idarə edən avtobus sürücülərinin məcburi xəta törətməsinə şərait yaradır. Avtobus duracağı zəbt edilibsə, avtobus sürücüsü məcbur olaraq yolun hərəkət olan hissəsində dayanır, piyadalar avtobusa çatmaq üçün bir neçə addım atmalı olur. Yolun hərəkət hissəsində dayanmaq yolun daralmasına və həmin yolda sıxlığın yaşanmasına səbəb olur. "Mən çörək qazanıram", "Mən filankəsəm", "Görmədim, bilmədim" kimi ifadələrin söylənilməsi sürücüləri məsuliyyətdən azad etmir. Bu sözlər XIX əsrin ifadələridir".

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a bildirib ki, avtomobillərin avtobus duracaqlarında saxlanılması İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi ilə tənzimlənir: "İnzibati Xətalar Məcəlləsinin 346.1. maddəsinə –  dayanma və durma qaydalarının pozulmasına görə iyirmi manat məbləğində cərimə edilir, 346.2. maddəsinə – ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir, 346.3. maddəsinə – ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat cərimə və 4 bal tətbiq edilir".

154