Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dörd yaşlı İbrahim beş gündür ki, yoxa çıxıb

© Sputnik / Виталий Аньков / Mediabanka keçidСтарые кварталы в центре Владивостока
Старые кварталы в центре Владивостока - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahimin boyu 110 sm-dir, gözləri bir qədər qıyıqdır, qara saçları var

BAKI, 18 avqust — Sputnik. Vladivostok şəhərinin hüquq-mühafizə orqanları itkin düşmüş dörd yaşlı İbrahim adlı oğlanı axtarmaq məqsədilə şəhərin bütün məhəllələrini dolaşırlar. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, İbrahim avqustun 14-də evdən çıxıb və hələ qayıtmayıb. Oğlan böyük bacısı ilə mübahisə etdikdən sonra evi tərk edib, valideynləri isə bundan işdən qayıdandan sonra xəbər tutublar.

Axtarışlara cəlb olunmuş it uşağın izini avtobus dayanacağında itirib, bu isə oğlanın avtobusa mindiyini sübut edir.

Polislər uşağı şəhərdəki bütün mümkün yerlərdə, yaxınlıqdakı meşələrdə belə axtarırlar.

İbrahimin boyu 110 sm-dir, gözləri bir qədər qıyıqdır, qara saçları var. Əyninda cins, ağ futbolka, göy papaq və səndəl var.

Xəbər lenti
0