Daxili İşlər Nazirliyi, arxiv şəkli

DİN rəsmisindən intihar edənlərlə bağlı ilğinc açıqlama

153
(Yenilənib 13:16 17.08.2017)
Orxan Mansurzadə: “İntihar edənlərin əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizm, narkomaniya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərdir”

BAKI, 17 avqust — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə baş verən intiharlarla bağlı yayılan statistik açıqlamalara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, son günlər guya fəal vətəndaş mövqeyi ilə seçilmək istəyən, əslində antiazərbaycan mövqedə dayanan, ölkə barədə məqsədyönlü şəkildə dezinformasiyalar yayan bəzi şəxslər sosial şəbəkələrdə müxtəlif adlar altında, anonim şəkildə yaratdıqları qruplar vasitəsilə ölkədə insan hüquqlarının təmin olunması üçün yaradılan şəraitdən, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edir, müəyyən məsələlərə münasibət bildirmək adı altında insanlar arasında çaşqınlıq yaratmağa çalışırlar: “Məsələn, “Feysbuk” sosial şəbəkəsində adını çəkmək istəmədiyimiz bir qrupun moderatorları rəsmi mənbələrə istinad etdiklərini əsas gətirərək son 8 ildə intiharların sayının guya bir neçə dəfə artdığını iddia edir, öz istifadəçilərini aktiv şəkildə məsələyə münasibət bildirməyə dəvət edirlər. Əslində insanların daha fəal şəkildə ünsiyyət yaratmaları, dərd-sərlərini, problemlərini bölüşmələri, onları narahat edən müəyyən məsələlər ətrafında müzakirələr aparmaları üçün nəzərdə tutulan sosial şəbəkələr son illər dünyada, yaxın çevrəmizdə baş verən bir sıra qlobal problemlərin yaranmasının, sosial sarsıntıların, qanlı çevrilişlərin və müharibələrin əsas ruporlarından biridir desək, yəqin ki, yanılmarıq. Sosial şəbəkələrdə intihar mövzusunun məqsədli şəkildə müzakirəsinin hansı uzaqgedən sosial, siyasi nəticələr doğuracağını bilmək üçün, zənnimizcə, dərin düşüncəyə malik olmağa, araşdırma aparmağa ehtiyac yoxdur. Hər şey olduqca sadədir. Həm müəlliflər, həm də mövzuya dair rəy bildirənlərin əksəriyyəti heç bir ciddi arqumentə, statistikaya əsaslanmadan intiharların sayının artmasında vətəndaşların üzləşdikləri guya ağır sosial-iqtisadi durumu bəhanə gətirirlər”. 

O. Mansurzadə həmçinin qeyd edib ki, həmin qrupu idarə edənlər 2008-2016-cı illəri əhatə edən, ölkədə intihar hallarının guya təqribən 6 dəfə artdığını göstərən rəqəmlərin əks olunduğu statistikanın mənbəyi kimi respublika Səhiyyə Nazirliyini göstərirlər: “Lakin apardığımız kiçik bir araşdırma zamanı məlum oldu ki, adıçəkilən dövlət qurumunun həmin statistika ilə yaxından-uzaqdan hər hansı əlaqəsi yoxdur. Üstəlik, müqayisə etdikdə və tutuşdurduqda, internet istifadəçilərinə sırınan statistika ilə rəsmi rəqəmlər arasında böyük uyğunsuzluğun, şişirtmənin olduğu da üzə çıxdı. Deməli, Səhiyyə Nazirliyinin adından yalançı bir intihar statistikası təqdim etməklə müəlliflər sosial şəbəkə istifadəçilərini aldatmaq məqsədi də güdür. Amma əslində real vəziyyət necədir? “Nə qədər pis olsa, bir o qədər də yaxşıdır” məşhur bolşevik prinsipi ilə hərəkət edənlərin bilmələri üçün qeyd etməliyik ki, son 8 ildə intiharların sayında müşahidə olunan nisbi artımı iddia edildiyi kimi, ölkəmizdə uğurla aparılan iqtisadi siyasət, əhalinin maddi rifahının yaxşılaşdırılmasına yönəlmiş kurs və yaxud sosial problemlərlə bağlamaq kökündən yanlışdır. İntiharların və Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan cinayət işlərinin təhlili də onu göstərir ki, dünyanın hər yerində olduğu kimi, respublikamızda da özlərinə qəsd edən insanların böyük əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizmdən, narkomaniyadan, digər ağır xəstəliklərdən əziyyət çəkənlər, problemli ailələrin üzvləri və başqalarıdır. Son 10 ildə ölkə əhalisinin sayının təxminən 1 milyon nəfərdən çox artması da bu rəqəmlərə təsir göstərir. Cəmiyyət varsa, insanların qanunlara sığmayan fəaliyyəti mövcuddursa, deməli, istənilən cəmiyyətdə cinayətin, o cümlədən intiharların da baş verməsi labüddür. Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri cinayətkarlığın profilaktikasını, elmi əsaslara söykənən təhlilini aparmaq, qeydə alınan cinayətlərin açılmasını təmin etməkdir. Cinayətkarlıqla mübarizəni, az qala cinayətlərin baş vermə səbəblərini də siyasiləşdirmək cəhdləri zərərlidir və yolverilməzdir”.

153
Teqlər:
ruhi xəstə, İntihar, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Orxan Mansurzadə
Əlaqədar
Qullar kəndinin sakini intihar etdi
İntihar edən iki uşaq atasının tükürpərdən məktubu
Keçmiş nazirin qızı intihar etdi
Millət vəkili özünü asaraq intihar etdi
Binəqədi sakininin intihar səbəbləri qaranlıq qalır
Polis əməkdaşı polis günündə intihar edib
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

81
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

81
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

4
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

4
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər